DOI: https://doi.org/10.36719/2707-1146/41/53-60
Mirvari Məmmədova
ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu
aqrar elmlər üzrə fəlsəfə doktoru
Rəqsanə Ağayeva
ETN Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu
magistrant
QOBUSTAN RAYONUNUN DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARININ AQROFİZİKİ VƏ AQROKİMYƏVİ XASSƏLƏRİ
Xülasə
Məqalədə Qobustan rayonunun Ərəbşahverdi kəndi ərazisində dağ boz-qəhvəyi (şabalıdı) torpaqların yaxşılaşdırılmasında çoxillik paxlalı otların rolu əvəzsizdir. Eroziya prosesi bu torpaqların morfoloji əlamətlərini, aqrofiziki və aqrokimyəvi göstəricilərini pisləşdirmişdir. Antropogen təzyiq nəticəsində torpaqların deformasiyasını orada qoyulan torpaq kəsimlərinin morfo-genetik təsvirindən və analiz nəticələrindən aydın görmək olar. Bu bitkilər torpaqda çoxlu miqdarda kök, gövdə, yarpaq qalıqları saxlamaqla onun aqrofiziki və aqrokimyəvi göstəricilərini yaxşılaşdırır və eroziyaya uğramış torpaqların səmərəli istifadə olunmasına əlverişli şərait yaradır. Bundan başqa münbitliyini itirmiş eroziyaya uğramış torpaqlarda intensiv əkinçilik mümkün deyil. Eroziyaya uğramış torpaqlardan yüksək keyfiyyətli bol məhsul götürmək üçün başqa aqrotexniki tədbirlərlə yanaşı, ayrı-ayrı mineral gübrələrdən də istifadə olunmalıdır. Bu torpaqların udma qabiliyyəti zəfliyinə, onlarda nəmliyin çatışmadığına görə mineral gübrələrin verilməsinə xüsusi fikir verilməli, hər bitki üçün optimal gübrə norması müəyyən edilməlidir.
Açar sözlər: dağ boz-qəhvəyi, eroziya, aqrokimyəvi xüsusiyyətlər, aqrofiziki xüsusiyyətlər, münbitlik
Mirvari Mammadova
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Soil Science and Agrochemistry
Doctor of philosophy in agrarian sciences
Raksana Aghayeva
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Catalysis and Inorganic Chemistry
master student
Agrophysical and agrochemical properties of mountain gray-brown (chestnut)
soils of Gobustan district
Abstract
In the article, the role of perennial legumes in the improvement of mountain gray-brown (chestnut) soils in Arabshahverdi village of Gobustan region is irreplaceable. The erosion process has worsened the morphological features, agrophysical and agrochemical indicators of these soils. Deformation of soils as a result of anthropogenic pressure can be clearly seen from the morpho-genetic description and analysis results of the soil sections placed there.These plants improve its agrophysical and agrochemical indicators by keeping a large amount of roots, stems, and leaves in the soil and create favorable conditions for effective use of eroded soils. In addition, intensive farming is impossible on eroded soils that have lost their fertility. Separate mineral fertilizers should be used in addition to other agrotechnical measures to obtain high-quality abundant crops from eroded soils. Special attention should be given to the application of mineral fertilizers due to the weakness of absorption capacity of these soils and the lack of moisture in them, and the optimal fertilizer rate for each plant should be determined.
Keywords: mountain gray-brown, erosion, agrochemical properties, agrophysical properties, fertility