DOI: https://doi.org/10.36719/2789-6919/30/66-69
Aynur Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
AZƏRBAYCAN RESPUBLİKASINDA AQRAR SIĞORTANIN VƏZİYYƏTİ
Xülasə
Aqrar sahdə istehsal özünün səciyyəvi xüsusiyyətlərinə rəğmən böyük risklərlə bağlıdır. Son zamanlar baş verən sahənin sənayeləşdirilməsi və texnoloji dəyişikliklər, iqlim dəyişiklikləri sahəni daha da riskli etmişdir. Bu səbəbdən zaman geçdikcə aqrar sahənin sığorta müdafiəsinə olan tələbatı daha da artmışdır. Məqalədə Azərbaycanda aqrar sığortanın vəziyyətinə baxılmışdır. Aqrar sahənin sığorta müdafiəsinə olan tələbatı əsaslandıtılmış, ölkədə bu məsələlərin müasir vəziyyəti təhlil edilmişdir. Aqrar sığorta fondunun həyata keçirdiyi sığorta müdafiəsi proqramları kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrini əhatə edir. aqrar sahədə kənd təsərrüfatı heyvanlarının sığortası və kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası həyata keçirilir. Ölkənin bitkiçilik sahəsində 41 adda bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları: iri buynuzlu və xırda buynuzlu mal-qars aqrar sığorta ilə əhatə olunur. Aqrar sığorta bazarının həcmi ildən ilə artır.
Açar sözlər: risk, sığorta, sığorta məhsulu, sığorta xidməti, sığorta haqqları, sığorta ödənişləri, sığorta bazarı
Aynur Mammadova
Azerbaijan State Agrarian University
The state of agrarian insurance in the Republic of Azerbaijan
Abstract
Production in the agrarian field, despite its specific features, is associated with great risks. Recent industrialization and technological changes of the field, climate changes have made the field even more risky. For this reason, the demand for insurance protection of the agricultural sector has increased over time. The article examines the state of agricultural insurance in Azerbaijan. The demand for insurance protection of the agrarian sector has been substantiated, and the current situation of these issues in the country has been analyzed. The insurance protection programs carried out by the Agrarian Insurance Fund cover the crop and livestock sectors of agriculture. insurance of agricultural animals and insurance of agricultural crops are carried out in the agrarian area. 41 types of agricultural products, agricultural animals: large and small horned cattle are covered by agricultural insurance in the field of agriculture of the country. The size of the agricultural insurance market is increasing year by year.
Keywords: risk, insurance, insurance product, insurance service, insurance fees, insurance payments, insurance market