Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/100/32-37

Sevinc Sadıqova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya üzrə fəlsəfə doktoru

sevincsadigova@gmail.com 

Orcid ID: 0000-0001-8720-3262


ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN 

ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ


Xülasə

Elektron kommunikasiya müasir dövrdə işgüzar kom­mu­­nikasiyanın qurulmasında əhəmiyyətli rol oynayır, onun ef­­fektiv inkişafını təmin edir. Ümumiyyətlə, kom­mu­ni­ka­si­ya­ların inkişaf tarixi üç bö­yük mərhələdən (bu mərhələləri kom­munikativ inqilab da adlandırmaq olar) keçmişdir: ya­zı­nın kəşf olunması; çap ma­şınının hazırlanması; elektron küt­ləvi medianın tətbiqi. İnternetin tətbiqi kom­mu­ni­ka­si­ya­nın inkişafında yeni mərhələ, nəhəng sıçrayış olmuşdur. Hal-ha­zır­da ümumdünya “informasiya toru” nə fiziki, nə coğrafi, nə administrativ, nə də senzura sərhədlərinə malik deyildir. 

Elek­tron poçt vasitəsilə ilk dəfə fayl mübadiləsi 1971-ci ilin okt­yab­­rında ABŞ-da R.Tomlinson tərəfindən həyata ke­­­çirilmişdir. İlk dövr­­­lərdə elektron kommunikasiya ABŞ-da sürətlə ya­yı­la­raq inkişaf etsə də, XXI əsrin əv­vəl­lə­rin­dən digər ölkələrdə onun inkişafı bəzən daha intensiv ol­muş­­­­dur. Belə ki 2001-ci ilin martında YUNESKO, Dünya ban­­­kı və Beynəlxalq Telekommunikasiya İttifaqının nü­ma­yən­­­dələrinin yekdil rəyinə əsasən, dünyanın ən in­for­ma­tiv­ləş­­­dirilmiş ölkəsi İsveç hesab edilmişdir. Onlar müxtəlif öl­kə­­­lərdə informasiyanın qəbul edilməsi imkanlarını araş­dı­ra­­­raq bu qənaətə gəlmişdilər. İkinci yerdə Norveç, üçüncü yer­­də Finlandiya, dördüncü yerdə isə ABŞ olmuşdur. Dün­ya üzrə İnternet-in ən yaxşı inkişaf etdiyi ölkələr İsveç, Sin­­­­­­qapur və Avstraliya, kompyuter infrastrukturunun in­ki­şa­­fına görə ilk yerdə ABŞ-dır. Azərbaycanda da elektron kommunikasiya işgüzar ünsiyyətin qurulmasında əvəzsiz rola malikdir, bu kommunikasiya formasına tələbat mütəmadi olaraq artmaqdadır.

Elektron poçt öz üstünlüklərinə – gecə-gündüz əl­çatan ol­­masına, operativliyinə və istifadəsinin sadəliyinə gö­rə iş­gü­zar yazışmalarda özünə möhkəm yer tutmuşdur. 

Açar sözlər: elektron, kommunikasiya, işgüzar ünsiyyət, elektron poçt, elektron imza


Sevinj Sadigova

Azerbaijan State Pedagogical University 

doctor of philosophy in philology

sevincsadigova@gmail.com 

Orcid ID: 0000-0001-8720-3262


Electronic communication as one of the main types of business communication


Abstract

Electronic communication plays an important role in establishing business communication in modern times, ensures its effective development. In general, the history of the development of communication has passed through three major stages (these stages can also be called the communicative revolution): the discovery of writing; preparation of printing machine; application of electronic mass media. The introduction of the Internet was a new stage, a huge leap in the development of the community. Currently, the global "information network" has neither physical, nor geographic, nor administrative, nor censorship boundaries.

The first file exchange through electronic mail was carried out by R. Tomlinson in the USA in October 1971. Although electronic communication developed rapidly in the United States in the early days, from the beginning of the 21st century, its development has sometimes been more intensive in other countries. So, in March 2001, according to the unanimous opinion of the representatives of UNESCO, the World Bank and the International Telecommunication Union, Sweden was considered the most informative country in the world. They came to this conclusion after researching the possibilities of receiving information in different countries. The second place was Norway, the third place was Finland, and the fourth place was the USA. The countries with the best Internet development in the world are Sweden, Singapore and Australia, the United States is in the first place in terms of the development of computer infrastructure. In Azerbaijan, electronic communication has an indispensable role in establishing business communication, the demand for this form of communication is constantly increasing. E-mail has taken a strong place in business correspondence due to its advantages - availability 24/7, efficiency and ease of use.

Keywords: electronic, communication, business communication, e-mail, electronic signature

Baxış: 393