Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/100/80-86

Məryam Atakişiyeva 

Bakı Dövlət Universiteti

magistrant

matakisiyeva@gmail.com


DÖVLƏT SATINALMALARI MÜQAVİLƏ HÜQUQU KONTEKSTİNDƏ


Xülasə

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) dövlət orqanları tərəfindən dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir və satınalan təşkilatlar tərəfindən malların, işlərin və xidmətlərin satın alınmasını tənzimləyir. Dövlət satınalmaları dövlət vəsaitinin səmərəli və qənaətlə istifadəsinə yönəlmiş və satınalma prosedurlarında şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətliliyin təmin olunması, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş istisna hallar nəzərə alınmaq şərtilə bərabərliyin təmin edilməsinə diqqət yetirən xüsusi bir sahədir. 

Qanun satınalma prosedurlarına dövlət nəzarətini həyata keçirən orqan (bundan sonra – Nəzarət orqanı) tərəfindən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək, məlumatların dəqiqləşdirilməsi ilə bağlı müraciət etmək, müşahidəçi qismində iştirak etmək və s. bu kimi digər məsələləri tənzimləyir. Sözügedən məsələləri tənzimləyən müddəalar satınalma prosedurunun tərəflərinin bir-biri qarşısında öhdəliklərinin icrası və yarana biləcək mübahisələrin həlli üçün tənzimləmələri təmin edir.

Azərbaycan Respublikasında satınalma prosedurları hal-hazırda qüvvədə olan  14 iyul 2023-cü il tarixli 988-VIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunuilə tənzimlənir, lakin nəzərə almaq lazımdır ki, yeni Qanun 01 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmişdir. Bundan əvvəlki müddətdə isə həmin münasibətləri 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli köhnə Qanunla tənzimlənirdi. Əvvəllər qüvvədə olmuş köhnə Qanunun mövcud praktikaya uyğunlaşdırılması üçün kifayət qədər dəyişikliklərə zərurət yarandığından yeni Qanunun qəbulu bu sahədə daha əlverişli addım hesab oluna bilər. Həmçinin qeyd etmək mütləqdir ki, satınalma prosedurlarının bir hissəsi olan satınalma müqavilələrinin tərtib edilməsi eyni zamanda yerli və beynəlxalq qanunvericiliyin bir hissəsi olan müqavilə hüququ kontekstində də nəzərə alınmalıdır. 

Açar sözlər: Dövlət satınalmaları, müqavilə hüququ, hüquq konteksti, hüquq normativləri


Maryam Atakishiyeva

Baku State University

master student

matakisiyeva@gmail.com


Public procurement in the context of contract law


Abstract

The Law of the Republic of Azerbaijan "On Public Procurement" (hereinafter - the Law) defines the economic, legal, and organizational basis and rules of government procurement by state bodies) and regulates the procurement of goods, works, and services related to procurement companies. Procurement is a special field focused on the use of public funds with value and implementation and ensuring transparency, disclosure, state fairness, and competitiveness in procurement procedures, as well as providing exceptional circumstances provided for in the legislation.

To request documents (information) related to the body that carries out state control of procurement procedures (hereinafter referred to as the Control Body), apply for clarification of information, participate in the control part, etc. other such issues are regulated. The provisions governing the said issues provide for the parties to the procurement procedure to speak to each other and make arrangements for solving the problems that arise.

Procurement procedures in the Republic of Azerbaijan are currently regulated by the Law of the Republic of Azerbaijan "On Public Procurement" dated July 14, 2023 No. 988-VIQ, but it should be noted that the new Law entered into force on January 1, 2024. In addition, it was regulated by the old Law No. 245-IIQ dated December 27, 2001. It is possible to adopt a new Law due to the necessity of certain changes in order to adapt the old Law to the current practice in the previously created situation. It should also be noted that the drafting of procurement contracts, which are part of procurement procedures, must also be obtained in the context of "Contract Law" which is part of the same domestic and international contract.

Keywords: State procurement, contract law, legal context, legal regulations

MƏQALƏNİ YÜKLƏ [744.43 Kb] (yüklənib: 41)


Baxış: 245
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az