Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/100/133-138

Əhmədağa Səfərli 

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

[email protected]


MÜXTƏLİF İNFLUENSERLƏRİN İSTEHLAKÇI DAVRANIŞLARINA TƏSİRİ


Xülasə

Bu gün brendlər adi kommunikasiya vasitələri ilə yanaşı yeni nəsil kommunikasiya texnologiyalarından istifadə edərək, hədəf auditoriyasının üstünlüklərini və meyllərini geniş şəkildə müəyyən edirlər. Sosial medianın gündəlik həyatımızın ayrılmaz hissəsi olduğu günümüzdə, yeni marketinq metodu olan influencer marketinq istehlakçıların satın alma qərarlarında getdikcə daha təsirli olur. Məhsul və xidmətlərdən asılı olaraq bir çox şəkildə qarşılıqlı əlaqədə ola bilən influencerlərin təsiri həm izləyicilərin həcmindən, həm də iştirakından asılıdır. Müəssisələr məhsul və ya xidmətlərini təsirli marketinq ilə çox güclü şəkildə bazara çıxara bilərlər. Bu araşdırmada sosial media mühitlərində influenserlərin satın alma qərarlarına təsiri keyfiyyət metodu ilə araşdırılmışdır. Müəyyən mövzular altında toplanan məlumatların təhlilinə əsasən, izləyicilər üçün prioritetin şəffaflıq, etimad və qarşılıqlı əlaqə olduğu üzə çıxıb. Güvən sarsılırsa, izləyicilər asanlıqla izləməyi dayandıra bilərlər. Asanlıqla izləməyi dayandıra bilən izləyiciləri ilə əlaqəni gücləndirmək üçün markalar və influenserlər məzmun istehsalına diqqət yetirməli, təkrarlardan qaçmalı və hədəf auditoriyaya yönəlmiş mesajlarla orijinal məzmun istehsal etməlidirlər. Brendlər influenserlərə öz bilik və yaradıcılıqlarını məzmun istehsal prosesinə əlavə etməyə imkan verməlidir. Digər bir qiymətləndirmə nəticəsi göstərdi ki, influserlər qarşılıqlı əlaqəni gücləndirərək öz izləyicilərini də əlavə etməlidirlər.

Açar sözlər: influenser, istehlakçı davranışı, sosial media, marketinq, brend 


Ahmadaga Safarli 

Azerbaijan State University of Economics 

master student

[email protected]


Influence of various influencers on consumer behavior


Abstract

Today, brands use next-generation communication technologies in addition to conventional means of communication to broadly identify the preferences and tendencies of their target audience. Today, when social media is an integral part of our daily lives, a new marketing method, influencer marketing, is becoming more and more effective in influencing consumer purchasing decisions. The influence of influencers, who can interact in many ways depending on the products and services, depends on both the size of the audience and the participation. Businesses can market their products or services very strongly with effective marketing. In this study, the influence of social media influencers on purchase decisions was investigated using a qualitative method. Based on the analysis of the data collected under certain topics, it became clear that the priority for the viewers is transparency, trust and interaction. If trust is undermined, viewers can easily unfollow. To strengthen engagement with their followers, who can easily unfollow, brands and influencers need to focus on content production, avoid repetition and produce original content with targeted messages. Brands should allow influencers to add their knowledge and creativity to the content production process. Another evaluation result showed that influencers should also increase their followers by increasing interaction.

Keywords: influencer, consumer behavior, social media, marketing, brand

MƏQALƏNİ YÜKLƏ [717,19 Kb] (yüklənib: 27)

Baxış: 65
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]