DOI: https://doi.org/10.36719/2663-4619/100/165-171
Asmar Mammadli
Baku State University
master student
THE RIGHT TO PROPERTY UNDER THE EUROPEAN CONVENTION ON
HUMAN RIGHTS: CONCEPT AND SCOPE OF THE RIGHT
Abstract
The right to property protects the fundamental values of human rights as well as it has come to establish and ensure the freedom of economic and other relations in society within the framework of human dignity and justice. For this reason, the right to property has always taken its place in human rights declarations.
Throughout history, those involved in legal systems and jurisprudence have sought an unchangeable concept and definition of “property” that is valid for all times, places, and societies. However, they could not achieve it. The constant change and development of traditions and conceptions from the earliest civilization to the present day is the main reason.
Despite the divergent opinions of the drafters, the inclusion of the right to property in the text of the Convention was ultimately achieved by Article 1 of Protocol No. 1 to the Convention, signed on 20 March 1952.
It is clear from the case law of the ECHR that the concept of “possessions” extends beyond the mere ownership of physical goods; certain other rights and interests constituting assets can also be regarded as “property rights” and thus as “possessions”, in respect of which the applicants may assert that they have at least a “legitimate expectation”.
Keywords: right to property, posession, Article 1 of Protocol № 1, European Convention on Human Rights, existing possession, legitimate expectation
Əsmər Məmmədli
Bakı Dövlət Universiteti
magistrant
Avropa İnsan Hüquqları Konvensiyasına əsasən mülkiyyət hüququ:
hüququn anlayışı və əhatə dairəsi
Xülasə
Mülkiyyət hüququ həm insan hüquqlarının əsas dəyərlərini qoruyur, həm də insan ləyaqəti və ədalət çərçivəsində cəmiyyətdə iqtisadi münasibətlərin və digər münasibətlərin azadlığının qurulması və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəblə mülkiyyət hüququ, insan hüquqlarına dair beynəlxalq sənədlərdə həmişə öz yerini tutmuşdur.
Hüquq elmi və hüquq sistemləri ilə məşğul olanlar tarix boyu bütün zaman, məkan və cəmiyyətlər üçün keçərli olan dəyişilməz bir mülkiyyət anlayışı və tərifini axtarmışlar. Lakin buna nail ola bilməmişlər. Ən qədim sivilizasiyadan bu günə kimi adət-ənənələrin və konsepsiyaların daim dəyişməsi və inkişafı buna əsas səbəblərdən biridir.
Konvensiya tərtibatçılarının fərqli fikirlərinə baxmayaraq, son nəticədə mülkiyyət hüququnun Konvensiya mətninə daxil edilməsinə 20 mart 1952-ci ildə imzalanmış Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə nail olunmuşdur.
AİHM-in presedent hüququndan aydın olur ki, “mülkiyyət” anlayışı sadəcə maddi sərvətlərə sahiblikdən kənara çıxır; aktivləri təşkil edən bəzi digər hüquq və maraqlar da “mülkiyyət hüququ” və beləliklə, ərizəçilərin ən azı “qanuni gözləntiləri” olduğunu iddia edə biləcəkləri “sahiblik” anlayışını təşkil edə bilər.
Açar sözlər: mülkiyyət hüququ, sahiblik, 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Konvensiyası, mövcud mülkiyyət, qanuni gözlənti