Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

DOI: https://doi.org/10.36719/2663-4619/100/215-221

Cavid Soltanov

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

[email protected]


QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD 

VƏZİYYƏTİN TƏHLİLİ


Xülasə

Kriptovalyuta termini son dövrlərdə daha da populyarlıq qazanmağa başlayıb. Əsas kriptovalyutalardan olan Bitkoinin son illərdəki rallisi dünya üzərində səs salaraq, kriptovalyutaların alqı-satqı prosesinə ciddi təsir edib. Bir çox ölkə və şirkətlərdə artıq Bitkoin rəsmi ödəniş vasitəsi kimi qəbul edilir. Kriptovalyutalar barədə qlobal səviyyədə ciddi tənzimləmələrin olmaması bu bazara daha çox kapital axımına səbəb olur və bu da öz növbəsində koinlərin qiymətində dalğalanmalar yaradaraq alınan risklər nəticəsində itki yaxud gəlirlərə səbəb olur. Məqalə 4 əsas başlıqdan ibarətdir. Məqalədə Kriptovalyutalar haqqında fundamental məlumatlar, blokçeyn texnologiyasının iş prinsipi, kriptovalyuta alətləri və qlobal kriptovalyuta bazarındakı mövcud vəziyyət araşdırılaraq təhlil edilmişdir. Həmçinin Bitkoinin qiymətinə təsir edən faktorlar da araşdırılmışdır. Top kriptovalyutaların bazardakı dominantlıq faizləri diaqramdan istifadə edilərək vizuallaşdırılmışdır. Dominantlıq faizlərinin kriptovalyutaların qiymətində əhəmiyyətli rol oynaması ətraflı şəkildə izah edilmişdir. Bundan əlavə, Bitkoinin illər üzrə qiymət dəyişimi diaqram vasitəsi ilə təsvir edilmişdir. Məqalədə investorların yatırım etməzdən əvvəl istifadə edə biləcəyi bir sıra alətlər qeyd edilmiş və mümkün risklər barədə araşdırılaraq ətraflı izahlar verilmişdir. 

Açar sözlər: kriptovalyuta, kriptovalyuta bazarı, blokçeyn, bitkoin, kriptovalyuta alətləri, investor, mining


Javid Soltanov

Azerbaijan State University of Economics

master student

[email protected]


Global cryptocurrency market tools and current situation analysis


Abstract

The term cryptocurrency has become more popular in recent times. The rally of Bitcoin, one of the main cryptocurrencies, in recent years reverberated around the world and had a serious impact on the process of buying and selling cryptocurrencies. Bitcoin is now accepted as an official means of payment in many countries and companies. The lack of strict regulation of cryptocurrencies at the global level leads to more capital flows into this market, which in turn leads to losses or gains as a result of the risks taken by creating fluctuations in the price of the coins. The article consists of 4 main headings. The article examines and analyzes fundamental information about Cryptocurrencies, the working principle of blockchain technology, cryptocurrency tools, and the current situation in the global cryptocurrency market. Factors affecting the price of Bitcoin were also investigated. The market dominance percentages of top cryptocurrencies are visualized using a chart. It has been explained in detail that dominance percentages play a significant role in the price of cryptocurrencies. In addition, the price change of Bitcoin over the years is illustrated by means of a chart. The article lists a number of tools that investors can use before investing and examines possible risks and provides detailed explanations.

Keywords: cryptocurrency, cryptocurrency market, blockchain, bitcoin, cryptocurrency tools, mining

MƏQALƏNİ YÜKLƏ [937,61 Kb] (yüklənib: 30)

Baxış: 58
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]