DOI: https://doi.org/10.36719/2707-1146/42/11-20
Maya Sultanlı
AMEA Akad. Abdulla Qarayev adina Fiziologiya İnstitutu
msultanli80@gmail.com
KƏSKİN AUDİOGEN STRESSDƏN SONRA QİDA RASİONUNDA ZÜLAL ÇATIŞMAZLIĞI İLƏ ORBİTAL QABIQ MORFOLOJİ DƏYİŞİKLİKLƏRİ ARASINDA ƏLAQƏLƏR (EKSPERİMENTAL TƏDQİQAT)
Xülasə
Tədqiqat 64 ağ laborator siçovul üzərində aparılmışdır (8 – intakt, 56 – eksperiment qrupları). 56 heyvanda kəskin səs qıcığı ilə stress modelləşdirilmiş, “stressə dözümlü” (24) və “stressə dözümsüz” (32) olmaqla iki yığım ayird edilmişdir. Stressdən sonra kontrol qrupu heyvanları 40 gün müddətində balanslı (adi), əsas qrupdakılar isə - az-zülallı qida ilə yemləndirilmişdir. Qrupların hər birinə 12 stressə dözümlü və 16 stressə dözümsüz siçovul daxil edilmişdir. İntakt ağ laborator siçovulda orbital qabığın “aqranulyar” quruluş tipi təsbit olunmuşdur. Audiogen stressə dözümlü heyvanlarda orbital qabıqdakı dəyişikliklərin əksəriyyəti geriyə dönə bilən (“reaktiv”), bəziləri - “hüdudi” və cəmi bir neçəsi - geriyə dönməyən xarakterlidir. Stressə dözümsüz ağ laborator siçovullarda orbital qabıqda morfoloji olaraq “erkən dövr alterasiyası – postalterasion sabitləşmə və bərpanın başlanması – tam bərpa və ya qalıq əlamətlər formalaşması ilə natamam bərpa” ardıcıllığı aşkarlanmışdır.
Stressə dözümsüzlük şəraitində az-zülallı qida rasionu ilə orbital qabıqda qalıq morfoloji əlamətlər tezliyi arasında yüksək intensivlikli və statistik etibarlı düz mütənasib əlaqə müəyyən edilmişdir.
Açar sözlər: orbital qabıq, audiogen stress, qida zülal şatışmazlığı, morfologiya
Maya Sultanli
ANAS Institute of Physiology named after аcad. Abdulla Garayev
Relationships between dietary protein deficiency and orbital shell morphological changes after acute audiogenic stress (experimental study)
Abstract
The study was conducted on 64 white laboratory rats (8 – intact, 56 – experimental groups). In 56 animals, stress was modeled with a sharp sound stimulus, and two populations were distinguished: "stress-tolerant" (24) and "stress-intolerant" (32). After stress, animals of the control group were fed with balanced (ordinary) food for 40 days, and those of the main group - with low-protein food. 12 stress-tolerant and 16 stress-intolerant rats were included in each group. An "agranular" structural type of the orbital shell was detected in an intact white laboratory rat. In animals tolerant to audiogenic stress, most of the changes in the orbital shell are reversible ("reactive"), some are "limited" and only a few are irreversible. Morphologically, the sequence of "early period alteration - postalterational stabilization and initiation of recovery - complete recovery or incomplete recovery with the formation of residual symptoms" was detected in the orbital cortex in stress-resistant white laboratory rats.
A high-intensity and statistically reliable direct proportional relationship between low-protein food ration and the frequency of residual morphological signs in the orbital shell under conditions of stress intolerance was determined.
Keywords: orbital shell, audiogenic stress, nutritional protein deficiency, morphology