DOI: https://doi.org/10.36719/2789-6919/31/20-23
Ulduz Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
ulduzkahraman1@gmail.com
SƏLƏF-XƏLƏF ƏLAQƏLƏRİ SABİR-FÜZULİ YARADICILIĞI KONTEKSTİNDƏ
Xülasə
Ənənəyə söykənməyən novatorluq sənətkarı milli zəmindən uzaqlaşdıra, onu formalizmə apara bilər. Novatorluq ədəbi prosesin özündən doğur. Novatorluq xətrinə novatorluq heç bir ədəbi uğurun təminatçısına çevrilə bilməz. Bütün dövrlərin ədəbi təcrübəsi göstərir ki, məhz xalqın çoxəsrlik ədəbi ənənələrindən yaradıcı şəkildə bəhrələnən sənətkarların tətbiq etdiyi novatorluq sənətdə özünə vətəndaşlıq pasportu qazana bilər. Məlum olduğu kimi, ədəbiyyatda hər bir gənc sənətkar ilk addımlarını atmağa başlayanda özündən əvvəlki müəlliflərdən nəsə öyrənməli olur. Çünki bunsuz yeni-yeni ayaq açmağa çalışdığı sahədə heç nəyə nail ola bilməz. M.Ə.Sabir isə satirik tipi onun öz sözləri ilə ifşa etmək üsulunu seçərkən öz sələflərindən, klassik sənətkarlardan, Füzulidən ustalıqla bəhrələnmişdir. Lakin yaradıcılığının bütün məqamlarında, o cümlədən, klassik irsdən bəhrələndiyi zaman Sabir heç vaxt təkrara, təqlidə yol verməmiş daim orijinal yazı tərzi nümayiş etdirmişdir. M.Ə.Sabir ənənədən bəhrələnərək parodiyalar, nəzirələr yazarkən klassiklərdən götürdüyü forma, bədii ifadə vasitələrində, bədii-ictimai fikir tarixində yeni həqiqətlər, yeni surətlər gətirən novator sənətkara çevrilir. Sabir klassik sənətkarların poetik irslərinə yarardıcılıqla yanaşmış, mübarizə meydanında sələflərinin səsini məharətlə öz səsinə qatmışdır.
Açar sözlər: Füzuli, M.Ə.Sabir, sələf, xələf, ənənə, novatorluq
Ulduz Kahramanova
Azerbaijan State Pedagogical University
doctor of philosophy in philology
ulduzkahraman1@gmail.com
Predecessor-successor relations in the context of Sabir-Fuzuli`s creativity
Abstract
Innovation that is not based on tradition can distance the artist from the national ground and lead him to formalism. Innovation comes from the literary process itself. Innovation for innovation's sake cannot guarantee any literary success. Literary experience of all times shows that it is innovation applied by artists who creatively benefit from centuries-old literary traditions of the people that can earn a citizenship passport in art. As it is known, every young artist in literature has to learn something from the authors before him when he starts taking his first steps. Because without it, he cannot achieve anything in the field he is trying to break new ground. And M.A. Sabir skillfully benefited from his predecessors, classical artist, Fuzuli when choosing the method of exposing the satirical type with his own words. However, in all moments of his creativity, including when he benefited from the classical heritage, Sabir always demonstrated an original style of writing, never allowing repetition or imitation. M.A. Sabir, benefiting from the tradition, becomes an innovative artist who brings new truths and new forms in the history of artistic and social thought, in the form he takes from the classics while writing parodies and vows. Sabir usefully approached the poetic heritage of classical artists and skillfully added the voice of his predecessors to his voice in the field of struggle.
Keywords: Fuzuli, M.A. Sabir, predecessor, successor, tradition, innovation