Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/33-39

Tuqay Əsədli 

Ərciyes Universiteti 

magistrant

tuqay430@gmail.com

Erhan Yoska 

Ərciyes Univeristeti

tarix elmləri üzrə fəlsəfə doktoru

eyoska@erciyes.edu.tr


SOVETLƏŞDİRMƏ SİYASƏTİ DAXİLİNDƏ TÜRKÜSTAN COĞRAFİYASINDA 

BAŞ VERƏN DƏYİŞİKLİKLƏR


Xülasə

XIX əsrin ortalarında Rusiya Çarlığı tərəfindən tamamilə ələ keçirilən Türküstan coğrafiyası mühüm stratejik əhəmiyyətə malik, zəngin təbii qaynaqları olan və dünya hegemoniyası uğrunda mübarizə aparan hər bir dövlətin əlində tutmaq istədiyi bölgələrdən biridir. XX əsrin əvvəllərində “yaşlı” imperatorluqlarda, o cümlədən, Rusiyada milliyətçilik və sosializm axımları sürətlə yayılmış, keçən əsrin sonlarından etibarən aclıq və səfalət içində yaşayan xalqın səbir kasası Yaponiya ilə olan müharbədə gələn məğlubiyyət xəbərləri ilə daşmışdı. “Oktyabr manisfesti”-nin qəbul olunması ilə Dumalarda təmsil olunmaq haqqı əldə edən “milli azlıqlar” cəmi 2 ildən sonra bu azadlığı da itirmişdilər. Dünya müharibəsi dövründə Türküstanda inqlabın ilk addımları atılmış, “Fevral burjua inqlabı”-dan sonra yaranmış vəziyyətə etiraz da elə “İyun üsyanı”-dan sonra-sentyabr ayında Daşkənd şəhərində baş vermiş üsyanla ilk dəfə Mərkəzi Asiyada özünü birüzə vermişdir. Bolşeviklərin hakimiyyəti ələ alması ilə xalq arasında özünə dayaq yaratmaq üçün keçirdiyi islahatlar müəyyən inkişafa yol açsa da,bolşeviklərin 70 illik propoqandasına çevrilmiş, günümüzə kimi davam edən siyasi hadisələr zincirinə birbaşa təsir etmişdir.

Məqaləni qələmə almaqda məqsədimiz Mərkəzi Asiyada bolşeviklərin, xüsusilə də “Millətlər komissarı” və daha sonra Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsi Birinci katibi olan, SSRİ-ni avtoritariya ilə idarə edən Stalinin əmri ilə həyata keçirilən bu dəyişikliklərin araştırılması ilə günümüzdə bölgədə olan sərhəd, etnik, habelə sosial-mədəni problemlərin səbəbini tapmaqdır.Dövrün yazılmış əsərlər diqqətə alınaraq yazılan məqalədə “Ümumi baxış ilə qarşılaşdırmalı tarix metodu”-dan istifadə edilərək  “Sovetləşdirmə siyasəti daxilində Türküstan coğrafiyasında dəyişimin mədəni və sosyal həyata təsirləri” mövzusunu aydınlatmaq hədəflənmişdir. 

Açar sözlər: Sovet İttifaqı, Stalinizm, Türküstan, Cədidçilər, Bolşeviklər, reformasiya


Tugay Asadli

Erciyes University

master student

tugay430@gmail.com

Erhan Yoska

Erciyes University

PhD in History

eyoska@erciyes.edu.tr


Geography of Turkestan within Sovietation policy changes that have occurred


Abstract

Turkestan, which was occupied by Tsarist Russia in the middle of the 19th century, is one of the regions with important strategic importance, rich in energy resources and desired by every country fighting for world hegemony. In the early years of the 20th century, in the "old" empires, especially in Russia, the currents of nationalism and socialism were rising rapidly, and the patience of the people living in hunger and misery since the end of the last century was broken with the news of defeat in the war with Japan. The "ethnic minorities" who had gained the right to be represented in the Duma with the "October Manifesto" lost this right only 2 years later. In the period of the World War - 1916, the first steps of the revolution were taken in Turkestan, and one of the first protests against the situation after the "February revolution" took place after the "July uprising", that is, in September in Tashkent, Turkestan. Although the reforms carried out by the Bolsheviks to create social support for themselves after the Bolsheviks came to power led to development among the people, it later evolved into a 70-year propaganda tool of the Bolsheviks and directly influenced the chain of events that continues to this day.

The main purpose of this article is to investigate this policy of the Bolsheviks in Central Asia, especially under the orders of Stalin, who first became the "Commissar of Nations", then the First Secretary of the Central Committee of the Bolshevik Communist Party and ruled the USSR in an authoritarian way, and to find out the reasons for the border, ethnic and socio-cultural problems in the region today. In the article, which was written using sources written in the period, it was aimed to illuminate the subject of "The effects of change on civil and social life in Turkestan geography within the Sovietisation policy" by using the "comparative history method with an overview".

Keywords: Soviet Union, Stalinism, Turkestan, Jadidism, Bolsheviks, Reform


Baxış: 276