DOI: https://doi.org/10.36719/2663-4619/101/83-97
Yuxuan Tang
Xəzər Universiteti
magistrant
AZƏRBAYCAN DİLİNDƏKİ YİYƏLİK HALIN
ÇİN DİLİNDƏ İFADƏ VASİTƏSİ
Xülasə
Azərbaycan dilində hal kateqoriyası var. Çin dili isə kök dil olduğuna görə qrammatik kateqoriya yoxdur və hal anlayışı da yoxdur, amma hal kateqoriyasının ifadə vasitəsi var. Azərbaycan dilində yiyəlik halın iki növü var: müəyyən yiyəlik hal və qeyri-müəyyən yiyəlik hal. Azərbaycan dilində müəyyən yiyəlik hal -ın4 şəkilçisi ilə düzəlir və Çin dilində müəyyən yiyəlik halı ifadə etmək üçün 的 (de) hissəciyi işlənir.
Çin dilində yiyəlik hallı sözdən sonra ümumi əşyaları bildirən sözlər gəldikdə onların arasına 的 (de) hissəciyi artırılır.
Çin dilində yiyəlik hallı sözdən sonra qohumluq bildirən sözlər işləndikdə, və ya bu birləşmə bütöv və hissə arasındakı əlaqə bildirəndə, onların arasında 的 (de) hissəciyi işlənə də bilər, işlənməyə də bilər.
Çin dilində yiyəlik hallı söz şəxs bildirir və mənsub olan söz insana aid əzaları - bədən üzvlərini bildirirsə, 的 (de) hissəciyi həmişə işlənməlidir.
的 (de) hissəciyinin istifadə edilib-edilməməsi başqa amillərdən də asılıdır, məsələn: sözlərin mənasının düzgün və aydın çatdırılması məsələsi, heca məsələsi və s. Çin dilində müəyyən və ya qeyri-müəyyən yiyəlik halın istifadəsi heca ilə sıx bağlıdır.
Bu məqalədə yiyəlik halın Çin dilində ifadə vasitələri azərbaycanlı oxuculara təqdim edilir. Bundan başqa, Azərbaycan dilində yiyəlik hal və Çin dilində onun ifadə vasitəsi arasında oxşar və fərqli cəhətlər tədqiq edilir.
Açar sözlər: Çin dili, yiyəlik hal, müəyyən, qeyri-müəyyən, hissəcik
Yuhuan Tang
Khazar University
master student
The Chinese expression of Azerbaijani possessive case
Abstract
There is a case category in the Azerbaijani language. Since Chinese is a root language, there is no grammatical category and there is no concept of case in Chinese, but the case category has a means of expression. There are two types of possessive case in Azerbaijani language: definite possessive case and indefinite possessive case. The definite possessive case is formed with the affix -ın4 in Azerbaijani, and the particle 的 (de) is used to express the definite possessive case in Chinese.
If the possessive word is followed by words denoting common objects in Chinese, the particle 的 (de) is added between them.
If the possessive word is followed by the kinship terms, or if the phrase expresses a relationship between the whole and its parts in Chinese, the particle 的 (de) may or may not be used between them.
If the possessive word refers to a person and the genitive word represents a human organ in Chinese, the particle 的 (de) is always used.
Whether or not the particle 的 (de) is used depends on other factors as well, for example: correctly and clearly conveying of the meaning of the words, syllables, etc. The use of the definite or indefinite possessive case is closely related to the syllable in Chinese.
The mean of expressing the possessive case in Chinese is presented to Azerbaijani readers in this essay. In addition, similarities and differences between the possessive case in Azerbaijani and its means of expression in Chinese are studied.
Keywords: Chinese, possessive case, definite, indefinite, particle