Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/107-114

Ağacəfər Məmmədov

Azərbaycan Dövlət İqtisad Universiteti  

magistrant

agacefer.memmedov@mail.ru

                                                                              


KOB-LARIN TƏSNİFLƏŞDİRİLMƏSİ MEYARLARININ VƏ QLOBAL İQTİSADİYYATDA ROLUNUN TƏHLİLİ


Xülasə

Bazar iqtisadiyyatı şəraitində kiçik və orta bizneslər (KOB) ən çox müraciət olunan tədqiqat istiqamətlərdən birinə çevrilmişdir. Bu tendensiya KOB-ların qlobal iqtisadiyyatın əsas drayverlərindən biri kimi çıxış etməsi və milli iqtisadiyyatlara verdiyi töhfələrlə əlaqələndirilir. Bundan əlavə, KOB-lar digər bizneslərdən xeyli fərqlənirlər və bir sıra üstün imkanlara malikdirlər. Buraya, KOB-ların müştərilərlə sıx əlaqələrini, bazar tələbinə çevik cavab vermək potensialını və trendə uyğun innovativ məhsul və xidmətlər təklif etmək imkanlarını aid edə bilərik. 

Məqsəd – Azərbaycanda və Avropa Birliyində KOB-ların təsnifləşdirilməsinə dair tətbiq olunan yanaşmaları təhlil etmək və qlobal iqtisadiyyatda KOB-ların rolunu müəyyənləşdirməkdir. 

Metodologiya – məqalədə azərbaycanlı və xarici müəlliflərin tədqiqat nəticələrindən, eləcə də, Azərbaycan Respublikası və Avropa Komissiyası tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlar və rəsmi dövlət statistikasından istifadə edilməklə təhlillər aparılmışdır. Tədqiqatda müqayisəli təhlil, məzmun təhlili, ümumiləşdirmə və sair biznes tədqiqat metodlarından istifadə olunmuşdur. 

Tədqiqatın nəticələri – AB və Azərbaycanda mikro, bizneslərin təsnifləşdirilməsi meyarları arasında ümumi oxşarlıq olsa da, Azərbaycanda mikro, kiçik, orta və iri olmaqla dörd kateqoriya, AB-də isə mikro, kiçik və orta olmaqla 3 kateqoriya müəyyən olunmuşdur. Təsnifləşdirmə zamanı Azərbaycanda illik gəlir, AB-də isə maliyyə dövriyyəsi və kapital indikatorlarından istifadə olunmuşdur. 

Açar sözlər: Azərbaycan, Avropa, KOB, təsnifləşdirmə, iqtisadi inkişaf


AghaJafar Mammadov

Azerbaijan State University of Economics 

master student

agacefer.memmedov@mail.ru


Analysis of sme classification criteria and their role in the global economy


Abstract

In the market economy, small and medium-sized businesses (SMEs) have become one of the most sought-after research areas. This trend is associated with SMEs acting as one of the main drivers of the global economy and their contributions to national economies. In addition, SMEs are quite different from other businesses and have a number of advantages. To this we can attribute SMEs' close relationships with customers, the potential to respond flexibly to market demand, and the ability to offer innovative products and services in line with trends.

Purpose – is to analyze the applied approaches to the classification of SMEs in Azerbaijan and the European Union and to determine the role of SMEs in the global economy.

Methodology – in the article, analyzes were made using the research results of Azerbaijani and foreign authors, as well as normative-legal acts and official state statistics adopted by the Republic of Azerbaijan and the European Commission. Comparative analysis, content analysis, generalization and other business research methods were used in the research.

Study Findings – although there is a general similarity between the criteria for classifying micro-businesses in the EU and Azerbaijan, four categories are defined in Azerbaijan: micro, small, medium and large, while in the EU 3 categories are defined: micro, small and medium. During the classification, annual income was used in Azerbaijan, and financial turnover and capital indicators were used in the EU.

Keywords: Azerbaijan, Europe, SMEs, classification, economic development


Baxış: 259