Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/115-120

Fatma Sultanova 

Lənkəran Dövlət Universiteti 

magistrant

frzayeva652@gmail.com


NAĞILLAR TƏLİM-TƏRBİYƏ VASİTƏSİ KİMİ


Xülasə

Azərbaycan xalqının zəngin el yaradıcılığı növlərindən biri də xalq nəsridir. Xalq nəsri öz fantastik mahiyyətinə görə digər janrlardan fərqlənir. Burada əməkçi xalqın arzu və istəkləri öz əksini tapır. Xalq nəsrinin tarixi çox qədimdir. Onlar insan cəmiyyətinin formalaşdığı ilk gündən yaranmağa başlamışdır. Xalq nəsri xalq düşüncəsinin və onun keçdiyi tarixi yolun, bu yolda keçirilən həyəcanın yaddaşı rolunu oynayır. Xalq nəsrində mifaloji süjetlərə tez-tez rast gəlmək olur. Bu süjetlər zaman etibarı ilə çox qədimdir. Belə xalq nəsri onu yaradan, öz mühitində bəsləyən və yaşadan insanın tarixi rolunu oynayır. Nağıl xalq ruhunun daşıyıcısıdır. Şərq xalqları üçün bu janr xüsusilə əhəmiyyətlidir. Çünki o, xalq ruhunun, hiss və duyğularının ifadəçisidir. Qəlbində insani ləyaqət hissləri şölələnən insanlar böyük xariqalər yaratmaq gücünə malikdirlər. Nağıla “köhnəlmiş”, “arxaik” epitetləri yapışdırmaq, onu gözdən salmaq olmaz. Alman klassik fəlsəfəsinin ən böyük nümayəndəsi Hegel yazır: “Ruh hələ o dərəcədə mücərrədləşməmiş, təbii başlanğıcından ayrılmamışdır”. Bu, o deməkdir ki, bədii ədəbiyyatın aparıcı gücü olan ruhun ən tükənməz mənbəyi olan nağılların orta məktəbdə tədrisi hələ uzun illər aktual olaraq qalacaqdır.

Açar sözlər: xalq nəsiri, folklor, epik növ, nağıl


Fatma Sultanova

Lankaran State University

master student

frzayeva652@gmail.com


Tales as a teaching tool


Abstract

Folk prose is one of the rich creative works of the Azerbaijani people. Folk prose differs from other genres due to its fantastic nature. The wishes and desires of the working people are reflected here. The history of folk prose is very old. They began to appear from the first day when human society was formed. Folk prose plays the role of a memory of folk thought and the historical path it traveled, the excitement experienced on this path. Mythological plots are often found in folk prose. These plots are very old in terms of time. Such folk prose plays the role of the history of the person who created it, nurtured it and lived it in its environment. The fairy tale is the bearer of the people's spirit. This genre is especially important for Eastern peoples. Because it is the expression of the people's spirit, feelings and emotions. People whose hearts are full of human dignity have the power to create great miracles. It is impossible to attach "outdated" and "archaic" epithets to the fairy tale and discredit it. Hegel, the greatest representative of German classical philosophy, writes: "The soul has not yet been abstracted to such an extent, it has not been separated from its natural beginning." This means that the teaching of fairy tales, the most inexhaustible source of spirit, the driving force of fiction, will remain relevant in high school for many years to come.

Keywords: folk prose, folklore, epic genre, fairy tale


Baxış: 263