Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/101/234-240

   Aysel Mürşüdlü 

 Bakı Dövlət Universiteti 

magistrant 

ayselmurshudlu@gmail.com 

İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ


Xülasə

Təqdim edilmiş məqalədə sosial şəbəkə provayderlərinin məzmun baxımından   nəzarəti ilə əsas hüquq və azadlıqlar arasındakı əlaqə araşdırılaraq beynəlxalq aspektdə qiymətləndirilmiş, Azərbaycan qanunvericiliyindəki  tənzimləmələr   müzakirə edilmişdir. Burada bəhs edilən əsas hüquq və azadlıqlarla sosial şəbəkə istifadəsində paylaşılan məzmuna nəzarət arasındakı əlaqə müzakirə olunmuşdur. Əsas hüquq və azadlıqlar haqqında 1950-ci il Avropa Konvensiyası və Azərbaycan Respublikasının Konstitusiyasında təminat verilmiş sözügedən hüquqlar təhlil edilmiş, əsas hüquq və azadlıqların məzmun baxımından təsnifatı təhlil olunaraq, milli-hüquqi tənzimləmə üçün vacib olan redaktələrin məzmunu müəyyən olunmuş, normalarda olan çatışmazlıqlar aşkar edilmiş, onların aradan qaldırılmasına dair təkliflər təqdim olunmuşdur. Müdaxiləni tələb edən əsas hüquq və azadlıqlar qismində yaşamaq hüququ, şəxsi və ailə həyatına hörmət hüququ, ayrı-seçkiliyin qadağan edilməsi nəzərdən keçirilmişdir. Hüquq və azadlıqların məhdudlaşdırılmasını tələb edən əsas hüquq və azadlıqlar kimi isə fikir, vicdan və din azadlığı, toplaşmaq və birləşmək azadlığı, ifadə azadlığı təhlil edilmişdir. Sözügedən məqalədə sosial şəbəkə provayderlərinin istifadəçilər tərəfindən yerləşdirilən məzmunla bağlı məsuliyyət məsələsinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları məlumat və ifadə azadlığı konteksində qiymətləndirilmişdir.

Açar sözlər: internet provayderi, əsas hüquq və azadlıqlar, məzmun, sosial şəbəkə, nəzarət, Konvensiya

Aysel Murshudlu

  Baku State University

master student

                                                                                                                                            ayselmurshudlu@gmail.com

The relationship of Internet providers to fundamental rights and freedoms related to the control of posted content


Abstract

In the presented article, the relationship between content control of social network providers and basic rights and freedoms was examined and evaluated in an international aspect, and regulations in Azerbaijani legislation were discussed. The relationship between the basic rights and freedoms mentioned here and the control of the content shared in the use of social networks has been discussed.The aforementioned rights guaranteed by the 1950 European Convention on Fundamental Rights and Freedoms and the Constitution of the Republic of Azerbaijan were analyzed, the classification of fundamental rights and freedoms in terms of content was analyzed, the content of the amendments important for national-legal regulation was determined, and deficiencies in the norms were discovered. proposals for their elimination have been presented. The right to life, the right to respect for private and family life, and the prohibition of discrimination were considered as basic rights and freedoms that require intervention. Freedom of thought, conscience and religion, freedom of assembly and association, and freedom of expression were analyzed as the main rights and freedoms that require restriction of rights and freedoms. In the mentioned article, a number of decisions of the European Court of Human Rights on the responsibility of social network providers regarding the content posted by users were evaluated in the context of freedom of information and expression.
Keywords: internet provider, fundamental rights and freedoms, content, social network, control, Convention

Baxış: 242