DOI: https://doi.org/10.36719/2706-6185/34/59-63

Səadət Əliyeva

Naxçıvan Dövlət Universiteti

eliyevaseadet@gmail.com


İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR STRATEGİYA KİMİ


Xülasə

İctimaiyyətlə əlaqələr işi həm dövlət idarəetmə orqanlarının, həm də özəl qurumların ictimaiyyətlə mükəmməl əlaqə qurmaq vasitəsi ilə sağlam inkişafı və məqsədlərinə çatması və dolayısı ilə də dövlətin iqtisadi inkişafı üçün mühüm şərtlərindən biridir. 

Hökumət strukturlarının mətbuat xidmətlərinin ən əsas vəzifələrindən biri ictimai rəyi məlumatlandırmaqda ən təsirli vasitə olan mətbuatla təmsil etdiyi qurum arasında yaxşı münasibət yaratmaqdır. Ən təsirli vasitə olan mətbuatı yaxşı istifadə edə bilmək üçün onu yaxşı tanımaq və öyrənmək lazımdır. Mətbuatla əlaqələr üzrə mütəxəssis, təmsil etdiyi qurumla bağlı məlumatların KİV-ə sürətli, doğru və dəqiq şəkildə verilməsini təmin etməli və media ilə işlədiyi müəssisə arasında olan əlaqələri qarşılıqlı etimad və anlayış çərçivəsində qurmalı və inkişaf etdirməlidir. Yalnış məlumat verən mətbuat xidməti əməkdaşı zaman keçdikcə medianın ona qarşı olan inamını itirir və sonra onun verdiyi düzgün məlumata da etimad göstərilmir. 

İctimaiyyətlə əlaqələr zamanı diqqət etməli vacib məqamlar dürüst olmaq, əlaqə qurulacaq şəxsi doğru seçmək, mətbuata öz işini görmək üçün mövcud imkanları yaratmaq, reallaşması imkansız olan tələbləri irəli sürməmək, maraq kəsb edən xəbərləri vermək və məlumatı mətbuatdan gizlətməmək. İctimaiyyətlə əlaqələr işinin ölkəmizdə inkişafı birinci növbədə ölkəmizdə demokratiyanın inkişafından, o cümlədən insan hüquqlarına və insanların düşüncələrinə verilən əhəmiyyətin artmasından asılıdır. 


Saadat Aliyeva

Nakhchivan State University

eliyevaseadet@gmail.com


Public relations as a strategy


Abstract

Public relations are one of the most important requirements for governmental authorities and private institutions to achieve their healthy development and long-term goals through excellent communication with the public. 

One of the most important tasks of government structures is to create a bridge of good intentions between the press and the institution it represents as the most effective means of clarifying public opinion. To be able to make good use of the press, which is the most effective tool, you need to get to know and learn it well. 

A press relations expert should ensure that information about the organization is provided quickly, accurately, and abundantly to the press and that the relationship between the press and the organization is established and developed within the framework of mutual beliefs and understanding. A press service colleague who gave false information lost faith in the press and then ignored the correct information he provided. These are some of the most important aspects of communication. To be honest, to choose the person to be contacted, to create existing opportunities for the press to do their job, not to make demands that are impossible to realize, to give news of interest, and not to hide information from the press. The development of public relations in our country depends primarily on the development of democracy in our country, including the growing importance of human rights and people's thinking.

MƏQALƏNİ YÜKLƏ [452.95 Kb] (yüklənib: 9)

Baxış: 172
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az