DOI: https://doi.org/10.36719/2663-4619/102/105111
Ellada Əsədova
Bakı Dövlət Universiteti
magistrant
asadovaellada01@gmail.com
AZƏRBAYCAN RESPUBLİKASI VƏ DİGƏR MDB ÖLKƏLƏRİNİN ƏMƏK QANUNVERİCİLİYİ ÜZRƏ FƏRDİ ƏMƏK MÜBAHİSƏLƏRİNİN ANLAYIŞI, YARANMA SƏBƏBLƏRİ VƏ ŞƏRTLƏRİ (QAZAXISTAN VƏ RUSİYANIN TİMSALINDA)
Xülasə
Əmək münasibətlərində işəgötürənin və onun işə götürdüyü işçinin maraqları həmişə üst-üstə düşmür. Bu maraqların toqquşması əmək münasibətlərinin istənilən mərhələsində baş verə bilər ki, həmin vəziyyət isə tərəflər arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır. Fərdi əmək mübahisələri işçi ilə işəgötürən arasında birbaşa danışıqlar yolu ilə həll edilməyən və baxılması üçün müvafiq orqana müraciət edilən fikir ayrılığı kimi xarakterizə olunur. Odur ki, bu məqalədə həm Azərbaycan Respublikası, həm Qazaxıstan Respublikası və Rusiya Federasiyasının Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin anlayışı, o cümlədən yaranma səbəbləri və şərtləri təhlil edilmişdir.
Açar sözlər: fərdi əmək mübahisələri, fikir ayrılığı, işəgötürən, işçi, əmək münasibətləri
Ellada Asadova
Baku State University
master student
asadovaellada01@gmail.com
Understanding, the causes and conditions of labor disputes under the labor
legislation of the Republic of Azerbaijan and other CIS countries
(in the example of Kazakhstan and Russia)
Abstract
In labor relations, the interests of the employer and the employee he hires do not always coincide. These conflicts of interest can occur at any stage of labor relations, and this situation leads to labor disputes between the parties. Individual labor disputes are characterized as disagreements between the employee and the employer that are not resolved through direct negotiations and are referred to the appropriate authority for review. Therefore, in this article, the concept of individual labor disputes, including the causes and conditions of their occurrence, was analyzed in the Labor Code of the Republic of Azerbaijan, the Republic of Kazakhstan, and the Russian Federation.
Keywords: individual labor disputes, disagreement, employer, employee, labor relations