Arxiv
2024 Zərifə İsmayıl qızı Avilova,
Zərifə Bayram qızı Məmmədova
Azərbaycan Tibb Universiteti
ELMİ ÜSLUB VƏ TERMİNLƏR PROBLEMİ
Açar sözlər: üslubiyyat, elmi üslub, üslub xüsusiyyətlər, elmi terminlər, alınma terminlər
Key words: style, scientific style, style features, scientific terms, terms
Ключевые слова: стиль, научный стиль, стилевые особенности, научные термины, заимствованные термины
Müasir dövrdə elm sürətlə inkişaf edir. Bu proses isə ona aid ünsiyyət formasının daha da təkmilləşməsini tələb edir. İndiki elmi ünsiyyət özünün yığcamlığı, məntiqilik və dəqiqliyi ilə səciyyələnir. Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslub da yazılan hər bir parçanı oxuyanda və ya eşidəndə hamı başa düşür. Lakin elmi üslubda yazılan əsərləri xalqın bütün üzvləri dərk edə bilmir.
Azərbaycan ədəbi dilinin elmi funksional üslubu bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmilləşmə və zənginləşmə yolu keçmişdir. Hazırda elmin bütün sahələrinə mükəmməl elmi əsərlər yaradılmış və bu üslubda yazılar, əsərlər yaradılmaqdadır.
MƏQALƏNİ YÜKLƏ
[186.38 Kb] (yüklənib: 256)
Baxış:
3 260