Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
İradə Bəbir qızı Əliyeva 
Azərbaycan Tibb Universiteti 

NİTQ MƏDƏNİYYƏTİNİN TƏDRİSİNDƏ MÜƏLLİMİN ROLU

Açar sözlər: nitq mədəniyyəti, şifahi nitq, tədris prosesi, ədəbiyyat dərsləri, müəllim faktoru
Key words: speech culture, oral speech, teaching process, literature lessons, teacher factor
Ключевые слова: речевая культура, устная речь, учебный процесс, уроки литературы, фактор учителя 

Müstəqil Azərbaycanda doğma dilimizin dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi bir zamanda yüksək nitq mədəniyyətinə yiyələnmək (düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək və s.) məsələsi aktual bir məsələ kimi qəbul edilir. 
Nitq mədəniyyəti insanın və cəmiyyətin mədəniyyət göstərəcillərindən ən vacibidir. Buraya həm yazılı, həm şifani nitq daxildir. Nitq mədəniyyətinə malik olan insan cəmiyyətdə sağlam mövqe tutaraq bu cəmiyyətin sağlam düşüncəli vətəndaşına, insanına çevrilir. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib məsələdir, çünki bu sahədə onlardan nümunə götürməlidirlər. “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir” (1, 194). Nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.

MƏQALƏNİ YÜKLƏ [181.11 Kb] (yüklənib: 55)

Baxış: 1 050
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az