Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
DOI: 10.36719/AEM/2007-2020/51/4-10
Möhsün Zellabdin oğlu Nağısoylu
AMEA, Nəsimi adına Dilçilik İnstitutu

YENİ AŞKARLANMIŞ “DƏDƏ QORQUD” ƏLYAZMASI: EPOSUN YENİ BİR VARİANTI

Açar sözlər: əlyazma, adlandırma, boy, başlıq, bədii tərtib, folklor
Key words:manuscript, nameing, party, title, artistic composition, folklore
Ключевые слова: рукопись, наименование, часть, название, художественная оформление, фольклор

2019-cu il türk dünyası, bütövlükdə türkologiya üçün əlamətdar bir hadisə ilə yadda qaldı: oğuzların ana kitabı “Dədə Qorqud”un yeni bir əlyazması aşkarlandı. Əlyazmanın mətni qısa bir müddətdə Türkiyədə Yusif Azmun, Mətin Ekici və 4 nəfərlik heyət: Naser Xaze Şahgüli, Yaqubi Vəliullah, Ağtabai Şahruz və Behzad Sara tərəfindən nəşr edilmişdir. Əsər həmçinin İranda və Azərbaycanda çapa hazırlanmışdır. Yeni əlyazma Türkiyədə üç adla: “Dədə Qorqudun üçüncü əlyazması” (Y.Azmun), “Dədə Qorqud kitabı. Tür­kistan/Türkmən səhra nüsxəsi” (M.Ekici) və “Dədə Qorqud kitabının Günbət yazması” (N.Şahgüli və b.), Azərbaycanda isə “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması” (Ramiz Əskər) adları ilə çap olunmuşdur. Əlyazmanın çox qısa müddətdə bir neçə dəfə nəşr olunmasının başlıca səbəblərindən biri də, fikrimizcə, onun həcminin kiçik olması ilə (31 vərəq) bağlıdır. Yeni aşkarlanmış əlyazma “Türkologiya” jurnalının 2019-cu il, 3-cü sayında (səh.86-121), eləcə də keçən ilin oktyabr ayında Azərbaycan Dillər Universitetində “Sovet-Türk kollokviumu”nun 30 illiyinə həsr edilmiş dəyirmi masada geniş müzakirə olunmuşdur. Sonuncu müzakirədə biz də iştirak etmiş və əlyazma ilə bağlı bəzi məsələlərə öz münasibətimizi bildirmişik (Türkolo­giya, N4, 2019, səh. 34-97). Bu yazıda isə əlyazmanın özü və onun nəşrləri haqqında bəzi fikir və mülahizə­lərimizi diqqətə çatdırırıq. 

MƏQALƏNİ YÜKLƏ [204,79 Kb] (yüklənib: 56)

Baxış: 824
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]