Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Elza Xanış qızı Məhərrəmova
Sumqayıt Dövlət Universiteti

HEYDƏR ƏLİYEV İDEYALARI VƏ MÜASİR TƏHSİL

Açar sözlər: Heydər Əliyev, cəmiyyət, təhsil, tərbiyə, dil, bilik, bacarıq
Key words: Heydar Aliyev, society, education, urbringing, language, knowledge, skills
Ключевые слова: Гейдар Алиев, oбщество, образование, воспитание, языкознание, навык

Müasir dünyada hər hansı bir ölkənin gələcək inkişafı onun təbii sərvətlərinin zənginliyi ilə deyil, təhsilin səviyyəsi ilə müəyyən olunur. Daha doğrusu iqtisadi mühitə uyğunlaşmağı tələb edən dünya iqtisadiy¬yatındakı dəyişikliklər Azərbaycanda təhsilin keyfiyyəti problemini önə çıxartdı. İntellektual insan müasir dövrdə ən mühüm vasitəyə çevrildi. Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsi ölkədə ge¬dən geniş miqyaslı sosial – iqtisadi dəyişikliklərlə şərtlənir. Ulu öndər Heydər Əliyevin təhsilin gələcək inkişaf perspektivləri ilə bağlı irəli sürdüyü konsepsiyanın təməl prinsiplərini təşkil etməklə yanaşı, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməyi, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymət¬ləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürü və rəqabət qabiliyyətli mütə¬xəssis – kadrlar hazırlamağı, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və ixtisa¬sının daim artırılmasını təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamağı tələb edir. Azərbay¬canın təhsil quruculuğu sahəsində qazandığı nailiyyətlər Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ardıcıl və davamlı təhsil siyasətinin nəticəsi kimi meydana çıxmışdır”.

MƏQALƏNİ YÜKLƏ [162,52 Kb] (yüklənib: 31)

Baxış: 829
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]