Arxiv
2024 Elza Xanış qızı Məhərrəmova
Sumqayıt Dövlət Universiteti
elza.m59@mail.ru
TƏLİM METODLARI VƏ TEXNOLOGİYALARINA YENİ BAXIŞ
Açar sözlər: metod, texnologiya, şagird, müəllim, fənn
Key words: method, texnology, student, teacher, subject
Kлючавые слова: метод, технология, ученик, учитель, предмет
Ölkənin siyasi, iqtisadi inkişafı, xalqın tərəqqisi, maddi rifahının yüksəlməsi onun maddi sərvətləri və təbii ehtiyatları ilə deyil, daha çox malik olduğu yüksək elmi potensial və qabaqcıl texnologiyalarla şərtlənir. Təbii sərvətlərlə müqayisədə yüksək texnoloji avadanlıqlar dünya bazarında daha yüksək qiymətləndirilir və zaman keçdikcə təkmilləşir, inkişaf edir. Cəmiyyətin gələcək tərəqqisi onun istedad və yaradıcılıq potensialı ilə birbaşa bağlıdır. Müasir dövrdə xüsusi istedada malik olan şəxslərə tələb çox böyükdür. Bu dövrü səciyyələndirən yüksək texnologiyalar və elmi – texniki tərəqqi insanların intellektual və yaradıcılıq qabiliyyətlərinə mühüm tələblər irəli sürür. Yaradıcı şəxslərdən indi daha çox düzgün təhlil etmək, ümumiləşdirmə aparmaq, təsnif etmək, nəticə çıxarmaq, vaxtında və düzgün qərar qəbul etmək, proqnozlaşdırmaq kimi qabiliyyət və bacarıqlar tələb olunur.Müasir dövrdə Azərbaycan təhsil sisteminin yenidən qurulması, müasirləşdirilməsi və bu prosesdə yeni texnologiyalardan istifadə olunması vacib məsələlərdən biridir.
MƏQALƏNİ YÜKLƏ
[144.71 Kb] (yüklənib: 70)
Baxış:
959