Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Şahnaz İsmayıl qızı Seyidova
Bakı Slavyan Universiteti

A.P.ÇEXOVUN YARADICILIĞININ AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA TƏDQİQİ

Açar sözlər: əsər, Azərbaycan, mükəmməl, tədqiq, dövr, rus, yaradıcılıq, dil, hekayə, ədəbiyyat
Key words: work, Azerbaijan, story, perfect, exploration, period, Russian, creativity, literary, language
Ключевые слова: произведение, Азербайджан, совершенствование, исследование, период, русский, язык, творчество, рассказ, литература 

Azərbaycan xalqının zəngin ədəbi əlaqələr tarixi vardır. Azərbaycan-rus ədəbi əlaqələrinin yaranmasında, inkişafında bədii tərcümə ən önəmli vasitədir, məhz bədii tərcümə ədəbi əlaqələrin yaranmasına zəmin yaratmışdır. Dünya klassiklərinin Azərbaycan ədəbiyyatından, onun görkəmli nümayəndələrinin yara­dı­cılığından təsirlənmələri, bəhrələnmələri haqda kifayət qədər faktlar mövcuddur. Eyni zamanda, Azərbaycan ədəbiyyatı da ənənələrə başlanğıc vermiş klassiklər və ədəbi hadisələrə laqeyd qalmamışdır. Bu mənada, XIX əsr ədəbiyyatının qabaqcıl təcrübəsi Azərbaycan yazıçıları tərəfindən yüksək dəyərləndirilmiş və on­lardan dünyaya yayılan ənənələr bizim ədəbiyyatımızda da müsbət qarşılanmışdır. XIX əsr rus ədəbiyyatının klassiklərindən biri olan A.P.Çexov dünya ədəbiyyatında özünəməxsus yer qazanmış sənətkarlardandır. Bu barədə H.Babayev yazır: “O, rus mədəniyyətinin tənqidi realizminin Qafqazda inkişafında, kiçik adam və ar­tıq adam tipajlarının formalaşmasında, hekayə modelinin müəyyənləşməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan yazıçıları bu ədəbi təcrübəyə yaradıcı yanaşmış və onun klassik ənənələrimizə, milli zəminə uyğunlaşdıraraq inkişaf etdirmişlər” (2, 93). İstər yazıçılarımız, istərsədə ədəbiyyatşünas alimlərimiz Çexo­vun yaradıcılığını yüksək dəyərləndirmiş və onun dünya ədəbiyyatında yayılan ənənələri sferasında Azər­baycan ədəbiyyatına da təsirindən bəhs etmişlər. S.Qasımova yazır: “Çexovun yaşadığı dövrdə onun ədəbiy­yatdakı mövqeyi sözünün qüdrəti ilə müəyyən olunur”(4,19). Etiraf etmək lazımdır ki, Azərbaycan müstəqil olmadığı dövrdə rus ədəbiyyatının ədəbi təsir istiqamətdə dəyərləndirilməsi bir o qədər də obyektiv səciyyə daşımamışdır; burada klassiklərimizin “kiçildilməsi” halları ilə rastlaşırıq. Ədəbi təsirin ədəbi əlaqələr mexa­nizminin təbii tərkibi kimi əvəz olunması əvəzinə, Azərbaycan klassiklərinə məlum modellərinin təkrar­layıcısı kimi baxılmasına üstünlük verilmişdir. Bu prosesin gedişinin müstəqillik dövründə yenidən dəyər­ləndirilməsinə elmi tələbat vardır. XX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin parlaq dönəmi başla­mışdır. Belə ki, iki xalqın ədəbiyyatı arasında qarşılıqlı təsir dahada möhkəmlənmiş və bu əlaqələr bir – birindən bəhrələnərək, zənginləşmişdir. Görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun çoxşaxəli yara­dı­cılığının Azər­baycan ədəbiyyatına təsiri ədəbi əlaqələr yönümündən elmi tədqiqat üçün geniş imkanlar ve­rir. Bu barədə H.Babayev yazırdı: “Rus mədəniyyətinin Qafqaz və Azərbaycan yazıçılarına təsirində XX əsrdə Çexovun yaradıcılığının bu istiqamətdə daha önəmli rolu var” (2, 93).

MƏQALƏNİ YÜKLƏ [145,08 Kb] (yüklənib: 53)

Baxış: 971
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]