Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aynur Teymur qızı Bəxtiyarova
Bakı Dövlət Universiteti

BMT-nin TƏSİSATLARI VƏ İNFORMASİYA CƏMİYYƏTİ QURUCULUĞU

Açar sözlər: BMT, informasiya cəmiyyəti, UNESCO, qloballaşma
Key words: UN, information society, UNESCO, globalization
Ключевые слова: ООН, информационное общество, ЮНЕСКО, глобализация

Giriş 
İnformasiya cəmiyyətinin qloballaşması, vahid internet şəbəkəsinin insan fəaliyyətini əhatə etməsi bey­nəlxalq təşkilatların rolunu daha da artırmışdır. Bununla bağlı BMT və onun təsisatları xüsusi qeyd olun­malıdır. Məqalədə BMT-nin təsisatlarının informasiya cəmiyyəti quruculuğunda fəaliyyəti təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür.
BMT qlobal informasiya cəmiyyəti üzrə münasibətlərin tənzimlənməsində öz ixtisaslaşmış qurumları va­sitəsilə iştirak edir.Onlardan bir neçəsinə nəzər salsaq.
BMT-nin İnkişaf Proqramı inkişaf etməkdə olan ölkələrdə İKT-nin inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində fəaliyyət göstərir.Bu qurum xüsusi fond vasitəsilə İKT-nin inkişafı üzrə yerli, regional və beynəlxalq proqramları maliyyələşdirir; İKT sahəsində fəaliyyət göstərən təşkilatların bey­nəl­xalq-hüquqi müdafiəsi ilə məşğul olur; İKT sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə səy göstərir; İKT üzrə proqramların həyata keçirilməsi üçün strategiya və tövsiyələr hazırlayır.


Baxış: 1077