Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2020/53/29-33
Aysel Natiq qızı Hüseyxanova
Bakı Dövlət Universiteti
OMONİMLƏR LEKSİK-SEMANTİK HADİSƏ KİMİ
Açar sözlər: leksik hadisə, linqvistika, qrammatik xarakter
Key words: lexical event, linguistic, grammatical character
Ключевые слова: лексическое событие, лингвистика, грамматический характер
Omonim sözlər bir-biri ilə məna əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumlar ifadə edən eyni səs tərkibinə malik söz qruplarına deyilir. Qısaca desək, eyni səslənməyə malik müxtəlif mənalı sözlər omonim sözlər adlanır.
Omonimlər linqvistik hadisə olub, dilin leksik və qrammatik xüsusiyyətlərini birləşdirən, öz səs tərkibinə görə dilin inkişaf dövrlərində müəyyən oxşarlıqları olan mənaca müxtəlif sözlərdir. Bu hadisə bir dilə aid deyil, bütün dillərə aid bir xüsusiyyətdir. Hər bir dilə məxsus olan omonimlərin özünəməxsus xüsusiyyətləri olduğu üçün onları mexaniki olaraq digər dilə köçürmək düzgün deyil. Bu, həm müxtəlif və həm də eyni sistemli dillərə şamil olunur. Türk dillərinə gəldikdə isə, hər bir türk dilinin omonimlər sistemi vardır. Lakin onlar tam eynilik təşkil etmir. Türk dillərinin nəşr olunmuş lüğətlərini bir-biri ilə müqayisə etsək, omonimlərdə olan fərqi aydın müşahidə etmək mümkündür.
MƏQALƏNİ YÜKLƏ
[165.28 Kb] (yüklənib: 85)
Baxış:
1 372