Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Nəhayət Mübariz qızı Hüseynli
Bakı Slavyan Universiteti

TARAS ŞEVÇENKO BƏDİİ İRSİNİN AZƏRBAYCANDA TƏDQİQİ

Açar sözlər: Taras Şevçenko, tərcümə, Kobzar, ədəbiyyat, yubiley, məqalə 
Key words: Taras Shevchenko, translation, Kobzar, literature, anniversary, article
Ключевые слова: Тарас Шевченко, перевод, Кобзарь, литература, юбилей, статья  
Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər lap qədimdən mövcud olmuşdur. Bu münasibətlər tarixən davam edir və bu gün də davam etməkdədir. Azərbaycan və Ukrayna iqtisadi, mədəni və siyasi əlaqələri sürətlə inkişaf edir. 
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq - krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. 17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. 7 sentyabr 2006-cı ildə Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi və dərinləşməsində xidmətlərinə görə Ukrayna Respublikasının Prezidenti cənab Viktor Andreyeviç Yuşşenkoya Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib. Ukrayna-Azərbaycan münasibətlərinin təməlini mədəni, həmçinin ədəbi əlaqələr təşkil edir. Azərbaycanda daim Ukrayna ədəbiyyatına, nasır və şairlərin yaradıcılığına böyük maraq olmuşdur. Xüsusi olaraq Ukrayna şairi Taras Şevçenkonu qeyd etmək olar. Təsadüfi deyil ki, Bakı şəhərinin mərkəzi küçələrinin birində T.Şevçenkonun abidəsi ucaldılmışdır. Abidənin açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev və Ukraynanın prezidenti Viktor Yuşenko iştirak etmiş idilər.

MƏQALƏNİ YÜKLƏ [161.47 Kb] (yüklənib: 25)

Baxış: 779
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az