Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Fidan Ağasəlim qızı Abdullayeva
Bakı Dövlət Universiteti
fidanazmammadova@gmail.com

ORQAN BANKININ YARADILMASININ ƏHƏMİYYƏTİ

Açar sözlər: insan orqanı və toxumaları, transplantasiya, donor kartı, donor, resipiyent, insan sağlamlığı, donor bankı, beyin ölümü, orqan bankı
Key words: human organs and tissue, transplantation, donor card, donor, recipient, health, donor bank, brain death, organ bank
Ключевые слова: человечуескuе органы u ткани, трансплантация, донорская карточка, донор, реципиент, здоровье, банк доноров, смерть мозга, банк органов
İnsanın öz fəaliyyətini tam həyata keçirə bilməsi üçün o fiziki cəhətdən sağlam olmalıdır. Səhhətdə yaranan problemlər nəticəsində həyata keçirilinən hər bir hərəkət öz faydalılığını tam göstərə bilmir. Xarici dövlətlərdə orqana ehtiyacı olan şəxslərin təlabatını ödəmək üçün orqan bankları yaradılır və onların hüquqi bazaları təşkil olunur. Orqan bankları əksər hallarda xüsusi olaraq yaradılmış Orqan fondlarında mərkəzləşdirilir.
Orqanların və toxumaların bağışlanması ilə bağlı olaraq qəbul edilmiş rəsmi sənədlərin tarixi ötən əsrə söykənir. Bu rəsmi sənədlərdən biri 1968 - Vahid Anatomik Bağışlama Qanunu (The Uniform Anatomical Gift Act), hər bir yurisdiksiyada qəbul üçün nəzərdə tutulmuş bir nümunəvi əsasnamədir. Bu qanunun icrası ilə insan orqan və toxumalarının transplantasiya üçün bağışlana biləcəyi hüquqi əsası təmin etdi. Qanuna əsasən ölümdən əvvəl orqanı bağışlamaq üçün insanın qanuni razılığı qəbul edilirdi. 1973-cü il tarixli Xalq Qanunu 92-603, 30 Oktyabr 1972-ci il tarixli Xroniki böyrək xəstəliyi olan bəzi şəxslərə “Medicare” əhatə dairəsini genişləndirmək üçün Sosial Təhlükəsizlik Qanununda dəyişiklik edildi. Bu cür şəxslər Medicare yəni, tibbi qayğıya ehtiyac duyan şəxslər qanunun A və B hissələrində əhatə olunmaq üçün əlil hesab edildi.(1)


Baxış: 1115