Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Könül Bəxtiyar qızı Cəmilova
Bakı Dövlət Universiteti

İCRA HAKİMİYYƏTİ ORQANLARININ AKTLARI

Açar sözlər: hakimiyyət bölgüsü, icra hakimiyyəti, akt
Key words: separation of powers, executive power, act
Ключевые слова: разделение властей,  исполнительная власть, акт

Giriş
İcra hakimiyyəti  dövlət idarəçilik sahəsində aparıcı yer tutur. İcra hakimiyyəti orqanlarının aktları dövlət və vətəndaş arasında olan münasibətlərin tənzimlənməsinə yönəlmişdir. İcra hakimiyyəti orqanlarının aktları geniş sistemə malikdir. Ona görə də icra hakimiyyəti orqanlarının aktlarının tətbiqi ilə bağlı problemlərin həlli zərurəti yaranır. Həmin problemlərdən ən əsası icra hakimiyyəti orqanlarının aktlarının qəbulu və kolliziyası ilə bağlı olan problemlərdir. Bu sahədə qanunvericilikdə olan boşluqların doldurulmasına ehtiyac var. 1995-ci il noyabrın 12-də bilavasitə demokratik prinsiplər və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq, xalq hakimiyyətinin aliliyi, hakimiyyətlər bölgüsü və insan və vətəndaş hüquq va azadlıqlarını təsbit edən ilk konstitusiya qəbul edildi. Azərbaycan Respublikasının Konstitusiyası qanunverici, icra ve məhkəmə hakimiyyətlərinin bölgüsü prinsipini təsbit etdi. AR Konstitusiyasına əsasən icra hakimiyyəti dövlət hakimiyyətinin 3 qolundan biridir. Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. AR Konstitusiyasının 8-ci maddəsi Azərbaycan dövlətinin başçısı adlanır. Həmin maddənin təfsirindən aydın olur ki, Azərbaycan dövləti prezidentli respublikadır və icra hakimiyyəti orqanlarının geniş sistemi mövcuddur. İcra hakimiyyəti bir-biri ilə sıx bağlı olan dövlət orqanları sistemində təmsil olunur. 


Baxış: 894