Arxiv
2024 Rauf Rafiq oğlu İbrahimov
Bakı Dövlət Universiteti
MÜRƏKKƏB ZƏRFLƏRİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: mürəkkəb zərflər, sintaktik, dilçilik, struktur
Key words: compound adverbs, syntactic, linguistics, structure
Ключевые слова: сложные наречия, синтаксический, лингвистика, структура
Giriş
Dilimizdə söz yaratmanın əsas qollarından biri sintaktik yolla söz yaratmadır. Sintaktik yolla söz yaratma zamanı leksik mənaya malik olan ən azı iki sözün birləşməsi nəticəsində yeni bir leksik vahid yaranmış olur. Sintaktik yolla yaranan sözlər dilçilikdə mürəkkəb sözlər adlanır. Mürəkkəb sözlərin çoxluq təşkil etdiyi nitq hissələrindən biri də zərfdir. Mürəkkəb zərflər zərf qrupu içində həm həcmi, həm də yaranma yollarının müxtəlifliyi ilə diqqət çəkir. Bundan başqa əsas problemlərdən biri kimi ayrı yazılan mürəkkəb zərflər barədə yekun fikrin olmaması və problemin hələ də həll olunmaması mövzunu daha da aktual edir.
Zərf əsas nitq hissələrindən biri olmaqla özünəməxsusluğu ilə seçilən bir nitq hissəsidir. Mürəkkəb zərflər də zərfin quruluşca növlərindən biri olmaqla zərfi təşkil edən söz qrupu içində əhmiyyətli yer tutur. Azərbaycan dilçiliyində mürəkkəb zərflərə müxtəlif təriflər verilmişdir. Bunlardan bir neçəsini qeyd edə bilərik. M.Hüseynzadə mürəkkəb zərflərin iki eyni və ya müxtəlif sözün birləşməsi yolu ilə yarandığını qeyd edir. [1, s. 204] Ə.Şükürov mürəkkəb zərflərin sözlərin təkrarlanaraq qoşalaşması və ya birləşməsi yolu ilə düzəldiyini yazır. [2, s. 400] S.Cəfərov mürəkkəb isim və sifətlər kimi mürəkkəb zərflərin də tabesizlik və tabelilik əlaqəsi əsasında formalaşdığını göstərir. [3, s.183] B.Xəlilov mürəkkəb zərflərin iki sözün birləşməsindən yarandığını bildirir. [4, s.287]
MƏQALƏNİ YÜKLƏ
[169.99 Kb] (yüklənib: 77)
Baxış:
1 779