Arxiv
2024 Çinarə Sərdar qızı Əlibabayeva
Bakı Dövlət Universiteti
MOLLA PƏNAH VAQİF VƏ AŞIQ ƏLƏSGƏR YARADICILIĞINDA
BƏDİİ TƏSVİR VASİTƏLƏRİ: EPİTET VƏ TƏŞBEH
Açar sözlər: epitet, bənzətmə, təsvir, qoşma
Key words: epithet, analogy, description, goshma
Ключевые слова: эпитет, аналогия, описание, гошма
Əsrlər keçir, nəsillər bir – birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda, dillərdə səslənir, ürəklərə təsir edir, yaddaşlarda əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da, öz ömürlərini ecazkar bir qüdrətlə uzadırlar. Elə bil sözlərin sehrkar quruluşu onlara yeni həyat və qüvvət verir. əsrlərin imtahanından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridir. Molla Pənah Vaqif də (1717-1797) öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir.
Vaqif öz ədəbi və siyasi fəaliyyətlə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır.
Şairin əsl adı Pənah, atasının adı Mehdi ağadır. Lakin sonralar Vaqif məktəbdar olduğu üçün Molla Pənah adı ilə xalq arasında tanınır.
MƏQALƏNİ YÜKLƏ
[134.37 Kb] (yüklənib: 129)
Baxış:
1 161