Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Aysu Mahir qızı Baxşəliyeva
Bakı Slavyan Universiteti

“DİL KİMLİYİ” İDEYASININ APARICI FƏLSƏFİ KONSEPSİYALARLA KORRELYASİYASINA DAİR
(klassik alman fəlsəfəsindən strukturalizmə qədər)

Açar sözlər: “dil kimliyi” ideyası, fəlsəfi cərəyan və konsepsiyalar, klassik alman fəlsəfəsi, Humboldt çuluq və neoHumboldt çuluq, strukturalizm
Key words: language identity, philosophy, Humboldtianism and neo-Humboldtianism, structuralism
Ключевые слова: языковая личность, философские тенденции и концепции, классическая немецкая философия, гумбольдтианство и неогумбольдтианство, структурализм

Giriş
“Dil kimliyi” nəzəriyyəsinin təşəkkül tarixini izlədikdə belə bir mütləq qanunauyğunluqla rastlaşmış oluruq: “dil kimliyi” ideyasının (yəni, verilmiş konkret çərçivədə araşdırma obyektini bu və ya digər mər­hə­lədəki “dil kimliyi” ideyasının) təşəkkülü və inkişafı bilavasitə həmin dövrdə hakim olan ideya-nəzəri doktrinalarla şərtlənir. Başqa sözlə desək, verilmiş zaman kəsimindəki “dil kimliyi” ideyasının inkişaf tempi və spesifikası bu və yadigər dərəcədə məhz həmin dövrdə hansı fəlsəfi konsepsiyanın aparıcı möv­qeyə malik olmasından asılılıq nümayiş etdirir. Xatırlatmaq kifayətdir ki, “dil kimliyi” ideyasının nəzəri qaynağı kimi dəyərləndirilən V.fon.Humboldt un dilçilik görüşlərinin formalaşmasında Hegel dialektikası mühüm, hətta deyərdik ki, həlledici rol oynamışdır. Humboldt un dil təkamülü konsepsiyasında da bila­vasitə Hegel dialektikasının izlərini müşahidə etmək olar. Bununla belə, “onu da qeyd edək ki, ümumi dilçiliyin banisinin linqvistik gö- rüşlərinin formalaşmasında təkcə Hegel ideyaları deyil, ilk növbədə Kant təlimi və eləcə də İ.Fixte və F.Şellinq fəlsəfəsi önəmli rol oynamışdır [1, 234]. Nəzərə alsaq ki, klassik alman fəlsəfəsinin əsas nəzəri doktrinaları sırasında “xalq ruhu” konsepsiyası yer alır, bu zaman həmin fəlsəfi cərəyanın təsiri ilə formalaşmış Humboldt çuluqda “xalq ruhu” ilə fərdi psixologizm məqamlarına diqqət ayrılması tam məntiqəmüvafiq görünür. Humboldt nəinki xalq ruhunun və fərdi ruhun inikası kimi dil və nitq fərqləndiril­məsinə diqqət yetirmişdir, dahi dilçi eləcə də yaradıcı şəxslərin, qələm sahiblərin dildən bir “alət” kimi istifadəsində yaranan çətinliklərin bilavasitə həmin dildəki “xalq ruhu”nun inikası səviyyəsilə əlaqələndir­mişdir. Bu isə, öz növbəsində, (müasir dilçilik terminologiyası ilə desək) yaradıcı şəxsin dili kimliyinin milli dil kimliyi ilə korrellyasiyası məqamına toxunmaq anlamına gəlir.

MƏQALƏNİ YÜKLƏ [177,58 Kb] (yüklənib: 63)

Baxış: 888
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]