Arxiv
2024 Rauf Qabil oğlu Əlişzadə
Azərbaycan Turizm və Memarlıq Universiteti
raufelishzade@gmail.com
DƏMİR YOLU SƏRNİŞİNİ TURİSTLƏRİN KOMFORTU VƏ ONLARA
GÖSTƏRİLMƏSİ MÜMKÜN OLAN EKSTRA XİDMƏTLƏR
Açar sözlər: dəmir yolu servisi, xidmət keyfiyyəti, müştəri məmnuniyyəti
Key words: railway service, service quality, customer satisfaction
Ключевые слова: железнодорожный сервис, качество обслуживания, удовлетворенность клиентов
Giriş
Qloballaşmanın nəticəsində rəqabətin sıxlaşdığı bir mühitdə müştəri mərkəzli düşüncə və bunun nəticəsi olan sadiq müştərilər yaratmaq istəyi müəssisələr baxımından getdikcə əhəmiyyət qazanır. Sadiq müştərilərə sahib olmaq şirkətlərin rəqabətə davamlılığı üçün zəruri amildir. Sadiq müştəri qazanmağın yolu da müştəridə ödədiyi pulun qarşılığını artıqlaması ilə aldığı hissi yaratmaqdır. [4, s.2]Xüsusilə sürətli qatarlarda müştərilərin komfortla bağlı gözləntiləri daha artıqdır. Lüks qatarlar kateqoriyası kimi qiymətləndirilən qatarlarda xidmətlər çeşidinə aşağıdakılar mütləq daxil olmalıdır:
• qida (menyularda isti yeməklər olmaqla)
• çarpayı, yatmaq üçün ehtiyac olan bütün yumşaq vasitələr
• nəşrlər (qəzet, jurnal, kitablar)
• şəxsi gigiyena üçün set (sabun, salfet və s.)
• kompüter şəbəkəsi vasitəsi ilə rabitə
• mobil rabitə xidmətlərinin ən yüksək səviyyəsi
• intermodal daşımalara gediş sənədləri
• Kondisioner, təmiz hava sistemi
• İşıqlandırma və səs sistemi. [6, s.5], [1, s.17]
MƏQALƏNİ YÜKLƏ
[146.44 Kb] (yüklənib: 28)
Baxış:
761