Arxiv
2024 Xədicə Eyvaz qızı Həbibullayeva
Xəzər universiteti
YENİYETMƏLƏRDƏ İNTERNET ASILILIĞI İLƏ
AQRESSİV DAVRANIŞLAR ARASINDA ƏLAQƏNİN TƏHLİLİ
Açar sözlər: İnternet asılılığı, aqressiv davranışlar, yeniyetməlik dövrü
Key words: Internet addiction, aggressive behavior, adolescence
Ключевые слова: Интернет-зависимость, агрессивное поведение, подростковый возраст
Giriş
Məqsədi: İnternet asılılığının subalt göstəriciləri ilə aqressiya göstəriciləri arasında əlaqənin müəyyənləşdirilməsindən ibarətdir.
Aktuallığı: İnternetin sürətli şəkildə inkişafı və artması tədqiqatların mütəmadi aparılması üçün şərait yaradır. Müxtəlif illərdə internet istifadəsinə olan ehtiyacların dəyişməsi araşdırmaların davamlı aparı-lmasının zəruriliyini formalaşdırır.
Tədqiqatın obyekti: Tədqiqat Nəsimi rayonu 266 saylı tam orta məktəbdə kiçik və böyük yeniyetmələr üzərində aparılmışdır. Araşdırmada 137 respondent iştirak etmişdir.
Metodlar: Tədqiqat müəyyən meyarlar əsasında, təsadüfi seçilmiş yeniyetmələr üzərində aparlmışdır. Yeniyetmələrdə internet asılılığı ilə aqressiv davranışlar arasında statistik əlaqənin təhlilindən ibarətdir.
Nəticə: Aparılan tədqiqatın nəticəsində internet asılılığının bəzi göstəriciləri ilə bəzi aqressiv davranışlar arasında əlaqə tapılmışdır. İrəli sürülən fərziyyə özünü doğrultmuşdur. İnternet əksikliyi göstəricisi ilə qəzəb göstəricisi arasında böyük statistik əhəmiyyətli əlaqə tapılmışdır. Tədqiqatın nəticələri bundan sonra aparılacaq elmi işlərin təhlili və məqsədi üçün böyük rol oynayır.
MƏQALƏNİ YÜKLƏ
[200.57 Kb] (yüklənib: 30)
Baxış:
925