Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Şəfəq Binyamin qızı Cəfərova
Bakı Dövlət Universiteti
şefeq-ceferova-91@mail.ru

AZƏRBAYCAN DASTANLARININ DİLİNDƏ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN
STRUKTUR-SEMANTİK TƏHLİLİ

Açar sözlər: Azərbaycan dastanları, sintaktik konstruksiya, tabeli mürəkkəb cümlə, semantika, struktur əlaqə
Key words: Azerbaijani dastans, syntactic construction, complex   sentence, semantics, structural  link 
Ключевыеслова: азербайджанские дастаны, синтаксическаяконструкция, сложноподчиненное предложение, семантика,структурнаясвязь

Giriş
Azərbaycan dastanlarının dilində tabeli mürəkkəb cümlə konstruksiyalarına kifayət qədər rast gəlmək olur. Bildiyimiz kimi, tabeli mürəkkəb cümlələr baş və budaq cümlələrdən ibarət olur. Baş cümlələr öz qrammatik vəziyyətinə  görə sərbəst, budaq cümlələr isə ondan asılı olur. Tabeli mürəkkəb cümlələr ən azı iki cümlənin tabelilik əlaqəsi ilə birləşməsindən yaranır. Çünki tabeli mürəkkəb cümlənin komponentlərindən biri və ya hər ikisi sadə cümlələrdən, eyni zamanda tabesiz mürəkkəb cümlələrdən, hətta tabeli mürəkkəb cümlələrdən ibarət ola bilir. Qarışıq tipli tabeli mürəkkəb cümlələri yadımıza salsaq, bu fikrin təsdiqini tapmış oluruq. Qeyd etmək lazımdır ki, baş cümlənin müstəqilliyi nisbi müstəqillikdir. Tabeli mürəkkəb cümlələrin budaq cümlələrinə görə təsnifi dilçilikdə böyük mübahisələrə yol açıb. Budaq cümlənin növləri haqqında müxtəlif dilçilər fərqli fikirlər səsləndiriblər. 


Baxış: 1223