Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Rauf Əhəd oğlu Şəmsizadə
Bakı Dövlət Universiteti 

TƏKRAR CİNAYƏTLƏRİN TÖVSİFİ MƏSƏLƏLƏRİ

Açar sözlər: cinayətlərin çoxluğu, cinayətlərin təkrarlığı, cinayətlərin tövsifi, təkrar cinayətlərin tövsifi
Keywords: multiplicity of crimes, repetition of crimes, qualification of crimes, qualification of repeated offences.
Ключевые слова: множественность преступлений, повторность преступлений, квалификация преступлений, квалификация повторных преступлений

Yaranan ictimai münasibətləri tənzimləməyə, ölkənin konstitusiya quruluşunu mühafizə etməyə və möhkəmləndirməyə xidmət edən Azərbaycan cinayət qanunvericiliyi insanın, vətəndaşın hüquq və azadlıqlarının müdafiə edilməsinin təmin olunmasında mühüm hüquqi rol oynayır. İctimai münasibətlərin mühafizəsi və möhkəmləndirilməsi müxtəlif yollar və metodlarla gerçəkləşdirilir. Müəyyən qanunvericilik göstərişləri öz davranışını qüvvədə olan qanunların tələblərinə uyğun quran vəzifəli şəxslərin və ayrı-ayrı vətəndaşların hərəkətlərinə ciddi tənzimləyici təsir göstərir. Digər tərəfdən ictimai münasibətlərin iştirakçıları arasında mübahisə və ya münaqişələrin yarandığı zaman dövlətin məcburiyyət tədbirinin tətbiqi zərurəti yaranır. Qanun normasının tətbiqinin reallığı dövlətin məcburiyyət tədbirinin qüvvəsi ilə təmin olunur.


Baxış: 920