Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Qasım Əhəd oğlu Hacıyev
AMEA Qafqazşünaslıq İnstitutu 
gasimh@mail.ru

CƏNUBİ QAFQAZDA DAVAMLI SÜLHÜN BƏRPASI MƏSƏLƏSİNDƏ HEYDƏR ƏLİYEV
İRSİ VƏ İLHAM ƏLİYEVİN UĞURLU FƏALİYYƏTİ

Açar sözlər: Avropa, Azərbaycan, Qarabağ regionu, ATƏT, BMT
Key words: Europe, Azerbaijan, Garabakh region, OSCE, UN
Ключевые слова: Европа, Азербайджан, Карабахский регион, ОБСЕ, ООН 

Giriş
Azərbaycanın tarixi taleyinin 30 ildən artıq bir dövrü dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti ilə bağlı­dır. Heydər Əliyev ilk dəfə siyasi fəaliyyətə Azərbaycan SSR-in Birinci Katibi kimi başlamış, Azərbay­canı SSRİ respublikaları içərisində ön sıralara çıxarmışdır. Heydər Əliyevinin siyasi rəhbərlikdə olduğu dövrdə Qafqaz evinin yaranması və xalqların dinc yanaşması üçün təşəbbüslər göstərmiş və bu istiqamətdə görül­məli işlərə dair dəyərli irs yaratmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin irsi davam etdi­rərək uğurlu siyasət aparmışdır.

Vaxtilə, Heydər Əliyev sovetlər dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparıldığı zaman (1960-1970) ermənilərin bu gizli fəaliyyətlərini aşkar edərək qarşısının alınması məqsədilə bir sıra tədbirlərin görülməsinə nail odu. Belə ki, keçən əsrin 60-cı illərində, Heydər Əliyev Dövlət Təhlükə­sizliyi Komitəsində işləyərkən ermənilərin Qarabağdakı separatçı fəaliyyətlərindən xəbərdar olduğu üçün Azərbaycan KP MK-nın Birinci Katibi seçildikdən sonra ermənilərin bu fəaliyyətinin qarşısını almaqdan ötrü lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirdi. Erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirərək onlara bəhanə yeri qoymadı. 




Baxış: 687