Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Vəfa Fuad qızı Qənbərli
İstanbul, Türkiyə

COVID-19 VƏ PSİXOLOJİ SAĞLAMLIĞIN XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: COVID-19, psixoloji sağlamlıq, depressiya, təşviş
Key words: COVID-19, psychological health, depression, anxiety
Ключевые слова: COVID-19, психологическое здоровье, депрессия, тревожность

Giriş
Tarixdə qeydə alınan sonuncu pandemiya 1918-ci ildə meydana çıxmış İspan qripi idi. Hansı ki, bu illərdə müasir psixologiya elmi hələ yaranmamışdı. Bu səbəblə COVID-19-un psixoloji sağlamlığa potensial təsirini araşdırmaq, bir çox sahələr kimi psixologiya elminin də vacib problemlərindən birinə çevrilmişdir. Çindən 2019-cu ilin noyabr ayından etibarən yayılan COVID-19 pandemiyası ilə bağlı aparılan ilkin araşdırmalar, insanlarda depressiya, təşviş və posttravmatik stres əlamətlərinin, yuxunun artdığını göstərmişdir. Hazırda qlobal pandemiya ilə birbaşa əlaqəli psixoloji ədəbiyyatın çatışmazlığı mövcuddur. 
Qlobal pandemiya ilk növbədə fərdlərin həyatını, varlığını təhdid edən və hamı üçün əzabverici xüsusiy­yəti olan bir travmadır. Bu travmatik təsirlər fərdin sosial iqtisadi vəziyyəti, sosial statusu, mədəni və fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişiklik göstərməkdədir. Bu qeyri standart təcrübənin fərqli dövrlərində verilən psixoloji reaksiyalar da hər bir fərd, qrup, sosial sinif üçün fərqli səviyyələrdə müşahidə olun­maqdadır. Xəstəlik qorxusu, qeyri-müəyyənlik, xəstəliyin özünə və ailəsinə keçə biləcəyi ilə bağlı fikirlər narahatlıq mənbəyi olmaqdadırlar. Eyni zamanda xəstəlik əlamətlərini göstərənlər və onların yaxınları ilə sadəcə müşahidə edən insanların reaksiyaları da tamamilə fərqlidir. Əvvəlki pandemiyalar ardıcıl olaraq psixoloji sağlamlıq problemlərinin artmasına səbəb olmuşdur (Brooks və digərləri, 2020). Məsələn, poli­omi­e­lit – uşaq iflici epidemiyası zamanı onun simptomları və müalicə şəraiti travmalara səbəb olmuşdur (Wilson, 2008). 2003-cü ildə Honq Konqda ortaya çıxan SARS epidemiyası zamanı artan psixoloji problem­lər, təşviş pozuntuları, depressiv əlamətlər, qorxu və narahatçılıq yuxu ilə əlaqələndirilmişdir və artan tənhalıq, təcrid səbəbi ilə yaşlılar arasında intihar hallarının artdığı bildirilmişdir (Yu və digərləri, 2005). 

MƏQALƏNİ YÜKLƏ [173,28 Kb] (yüklənib: 63)

Baxış: 702
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]