Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Ziba İlham qızı Kərimzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
 kerimzadehz@gmail.com

KİÇİK YAŞLI UŞAQLARDA LÜĞƏT EHTİYATININ İNKİŞAFI

Açar sözlər: nitq, lüğət ehtiyatı, inkişaf, yeni anlayış, söz,ünsiyyət  
Key words: speech, vocabulary, development, new concept, word, communication  
Ключевые слова: речь, словарный запас, развитие, новые понятия, слова, общение

Uşaqlarda aydın və səlist nitqin inkişafında lüğət ehtiyatının zənginləşdirilməsi mərkəzi yer tutur. Uşağın lüğət ehtiyatının məzmunu və xüsusiyyəti onun təfəkkür və nitqinin inkişafını müəyyən edir. Kiçik yaşlı uşaqlarda lüğətin formalaşması öncə əşyalarla tanışlıqdan başlanır. Onlar fəaliyyətin bütün sahələrində ətraf aləmdəki əşya və hadisələri bilavasitə müşahidə aparmalı olurlar. Y.M.Tixeyeva nitq inkişafında müşahi­də­nin rolunu yüksək qiymətləndirir.“Əgər siz uşağın nitqinin inkişaf etməsinə çalışırsınızsa, onu əşyalarla əhatə edin. Bu əşyalara uşaqla birlikdə baxın, müqayisə edin, onları oyun və əmək prosesində öyrənin və müşahidənin nəticəsini sözlə ifadə edin. Quru divarlar içərisində uşaq danışmağı öyrənməz.” (Тихеева, 1932: 123)

[attachment=838:elmi-MƏQALƏNİ YÜKLƏ]

Baxış: 2639