Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Aygün Əziz qızı Sərbazova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
aygun.serbazova90@mail.ru


PARLAQ RƏNGLƏRIN ECAZKAR SIRRI – 
GƏNC RƏSSAM XANLAR ƏSƏDULLAYEVIN YARADICILIĞI

Açar sözlər: Xanlar Əsədullayev,impressionizm, güllər, mənzərə, rənglər, təəssürat
Ключевые слова: Ханлар Асадуллаев, импрессионизм, цветы, пейзаж, цвета,впечатление
Key words: Khanlar Asadullayev, impressionism, flowers, landscape, colors, impression

Giriş
Müasir dövr Azərbaycan rəngkarlığı keçmiş zamanın ənənələrini davam etdirməklə yanaşı, müasir dövrün tələblərini də özündə cəmləşdirə bilmişdir. Belə ki, müasir Azərbaycan rəngkarlığının inkişafında gənc rəssamların rolunu xüsusilə vurğulamaq lazımdır. Gənc rəssamların yaradıcılığına nəzər yetirdikdə, onların real təsvirlərlə yanaşı abstrakt, avanqard üslubların  xüsusiyyətlərinə də meyl etdiyini görürük.  Belə gənc rəssamlarımızdan biri də dəzgah rəngkarlığında uğurlar qazanan Xanlar Əsədullayevdir.
Xanlar Əsədullayev 1988-ci il dekabrın 9- da Siyəzən şəhərində anadan olmuşdur. O, 2003-2007- ci  illərdə ADRA – nın nəzdində  incəsənət kollecinin “İnteryer dizayner” ixtisasında təhsil almışdır . Daha sonra   2007-2011- ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Təsviri sənət” fakültəsinin “Rəngkarlıq” ixtisası üzrə təhsilini davam etdirmişdir.Gənc rəssam 2004 – cü ildən başlayaraq, müxtəlif beynəlxalq sərgi və dövlət tədbirlərində aktiv  iştirak etməyə başlamışdır. O, 2010- cu ildən etibarən isə Azərbaycan Rəssamlar ittifaqının “Gənc rəssamlar” bölməsinin üzvidir.


Baxış: 946