Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Leyla Ibrahim qızı Quliyeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
quliyevaleyla@mail.ru

NIZAMİNİN “YEDDİ GÖZƏL” ƏSƏRİNDƏ ADIÇƏKİLƏN
“TƏNQLUŞA” BARƏDƏ TƏDQİQATLAR

Xülasə

Məqalədə Nizami Gəncəvinin “Yeddi gözəl” əsərində adıçəkilən və Azərbaycan dilinə tərcümədə izahı verilməyən “Tənqluşa” kitabı barədə tədqiqatlardan danışılır. Müəllif  Ziva Veselin “Teucros in Nizami’s “Haft Paykar”  (Nizaminin “Yeddi gözəl”ində Teokros”) məqaləsində “Tənqluşa”nın Qərb tədqiqatlarından müfəssəl danışıldığını bildirir, amma bu və digər tədqiqatlarda Şərq mənbələrinə yer verilmədiyini, əsərin pəhləvi və ərəb dilinə tərcümələrinin öyrənilmədiyini  vurğulayır. Məqalə müəllifi daha sonra əsərin meydana gəldiyi ərazi, onun Şərq astranomiyası və astralogiyası üzərinə qoyduğu izlərdən danışır. 
Məqalədə Tənqluşa barədə təkcə Nizami “Xəmsə”sində deyil, həm də Xaqani Şirvanin əsərlərində məlumat verildiyi bildirilir. Müəllif Səfəvilər dövründə də bu əsərin farscasının üzünün köçürüldüyünü diqqətə çatdırır. 
Açar sözlər: Nizami, “Yeddi gözəl”, Teokros, Tənqluşa, astranomiya, faza, dərəcə




Baxış: 711