Arxiv
ELMİ İŞ - 2025
Günay İsfəndiyar qızı Sadıqova
Gəncə Dövlət Universiteti
sgi_bioloq@mail.ru
Əmirəhməd Namiq oğlu Qasımov
Gəncə Dövlət Universiteti
TƏHSİLDƏ QİYMƏTLƏNDİRMƏNİN ROLU
Xülasə
Məqalənin məqsədi köhnə metodların maraqlı bir tərəfini tapmaq, yeniliklə yanaşı bu şəkildə tədris olunan dərslərin keyfiyyətini artırmaqdan ibarətdir. Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib hazırlanması təşkil edir. Məqalədə bu metodun orta məktəblərdə yaxşı nəticələr göstərdiyi də sübut olunur. Qiymətləndirmə həm universitet tələbələri, həm də orta məktəb şagirdləri üçün çox vacibdir. Çünki bəzən bir uşaq üçün müəllimin verdiyi aşağı qiymət onu dərslərdən tamamilə soyudub elmdən uzaqlaşdıra bilər.
Açar sözlər: tədris prosesi, yeni təlim texnologiyalarının tətbiqi, təhsilin keyfiyyəti, təlimin forması, təlimin metodları, müasir dərs
Baxış: 767