Arxiv
Elmi iş - 2024
İradə Cəfər qızı Bəylərova
Azərbaycan Dillər Universiteti
bayirada@gmail.com
Yaqut Mirbala qızı Əliyeva
nicatworld@mail.ru
ORTA MƏKTƏBDƏ XARİCİ DİLİN TƏDRİSİNDƏ DİNLƏMƏNİN ROLU
Xülasə
Məqalədə müəllif orta məktəblərdə xarici dilinin tədrisində dinləmənin rolundan bəhs etmişdir.
Məqalənin giriş hissəsində istənilən xarici dilin öyrədilməsində ünsiyyətin əhəmiyyətindən söz açılır. Müəllif, nitqin qarşılıqlı əlaqəsindən söz açaraq, göstərmişdir ki, hər hansı bir dil yalnız ünsiyyət zamanı formalaşır. Şagirdlər tənha deyil, bir-biri ilə qarşılıqlı əlaqədə olaraq diskussiyalar və söhbətlər zamanı dilə daha yaxşı yiyələnə bilərlər. Məhz bu prosesin uğurla həyata keçirilməsi üçün mövcud olan danışıq, yazı, oxu kimi dinləmənin də rolu böyükdür. Şagirdlərin eşitmədən danışması mümkün olmadığı üçün xarici dilin tədrisi zamanı müəllimin onların dinləmə qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif üsullardan istifadə etməsi məqsədəuyğundur.
Məqalədə, bu üsulların uğurlu alınmasi üçün bəzi faktorların, məsələn, şagirdin bilik və yaş səviyyəsi, dinləmə qabiliyyəti, psixoloji xarakteri nəzərə alınaraq müəllimin düzgün tapşırıq qurmasının böyük əhəmiyyətindən bəhs edilir. Həmçinin hər sinif üçün ayrıca audiomətnlərin seçiminin vacibliyi də qeyd edilir. Məqalədə, müəllif dinləyərək mətni anlamağa xidmət edən üsullardan bəhs edərkən ingilis dilində bəzi misallara müraciət etmişdir.
Açar sözlər: dinləmə, bacarıq, ünsiyyət, nitq, məhsuldar, anlaşıqlı, nail olmaq, uğurlu, diqqətli
Baxış: 966