Arxiv
ELMİ İŞ - 2025
Xəyalə Şahverdi qızı Əliyeva
Azərbaycan Dillər Universiteti
xxayala@mail.ru
BƏDİİ MƏTNLƏRDƏ LEKSİK-ÜSLUBİ VASİTƏLƏRİN ROLU
Xülasə
Məqalədə Azərbaycan və ingilis ədəbiyyatından götürülmüş bədii mətn nümunələri əsasında leksik-üslubi vasitələrin rolundan bəhs edilərək, bu sahədə araşdirma aparan mütəxəssislərin fikirlərinə istinadlar edilmişdir. Beləki, mətnin formalaşmasına üslubi vasitələr güclü təsir edir. Üslubi vasitələr dil səviyyələrinə görə qruplaşdırılır və fikri aid olduğu səviyyəyə uyğun olaraq ifadə edir. Aparılan tədqiqat əsasında məlum oldu ki, mətnləri üslubi vasitələrsiz təsəvvür etmək mümkün deyil. İstənilən mətn də üslubi vasitələrdən ibarətdir. Onlardan nə dərəcədə çox istifadə isə mətnin yazıldığı üslubdan asılıdır. Üslubi vasitələrin istifadəsi isə fikrin ifadəsini daha emosional, daha qüvvətli edir. Dilin obraz yaradan vasitələri arasında leksik-üslubi vasitələrin də öz yeri vardır. Leksik səviyyədə üslubi vasitələr mətndə mənanın sabitləşməsini təmin edir. Bu vasitələr də fikrin daha dərin çalarda ifadəsinə dəlalət edir.
Açar sözlər: bədii mətn, üslubi vasitə, ekspressivlik, kontekst, leksik məna
Baxış: 1808