Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Səkinə Mirheydər qızı Seyidova
Bakı Dövlət Universiteti
seyidova.s87@gmail.com

UĞURSUZ AİLƏLƏRDƏ BÖYÜYƏN YENİYETMƏLƏRİN UĞURLU
GƏNCLİYƏ KEÇİDİNİN ÇƏTİNLİKLƏRİ
Xülasə

Yeniyetməlik, uşaqlıqdan yetkinliyə kəskin bir keçid ilə xarakterizə olunur. Bir tərəfdən şəxsiyyətin quruluşundakı mənfi təzahürlər, uyğunsuzluqlar, uşağın əvvəllər qurulmuş maraqlar sisteminin məhdudlaşdırılması, digər tərəfdən isə böyüklərə münasibətdə davranışının dəyişməsi bu çətin dövrün göstəricisidir. Digər tərəfdən, yeniyetmələrin həyatı bir çox müsbət amillərlə də xarakterizə olunur: uşağın müstəqilliyi artır, digər uşaqlar və böyüklər ilə münasibətlər daha müxtəlif və mənalı olur, fəaliyyət sahəsi xeyli genişlənir və s. Ən əsası, bu dövr uşağın keyfiyyətcə yeni bir sosial mövqeyə girməsi ilə xarakterizə olunur və yeniyetmə cəmiyyətin bir üzvü olaraq özünə şüurlu münasibət formalaşdırır. Eyni zamanda, uğursuz  ailələrdə böyüyən uşaqlar yeniyetməlik dövründən gəncliyə keçiddə bir sıra problem və çətinliklərlə üzləşirlər. Bu hallara biqanə yanaşılsa, onlar düzgün olan yoldan dönə, o yolu itirə bilərlər.

Açar sözlər: valideynlər, yaş, yeniyetməlik dövrü, qadağa, münaqişələr, uşaqlar








Baxış: 782