Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Könül Akif qızı Xudazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Konul.akbar.31@gmail.com

MÜASİR DÖVRDƏ MÜƏLLİM PEŞƏSİNƏ HAZIRLIĞIN
BƏZİ MƏSLƏLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə

Bu gün müəllim hazırlığının həyata keçirilməsi üçün vacib olan məqamlardan biri pedaqoji fəaliyyətin real problemlərinin effektiv həllinə nail olmaqdır. Pedaqogikanın psixolojiləşdirilməsi əvəzinə pedaqoji psixologiyanın pedaqojiləşdirilməsinə çalışmaq lazımdır. Bununla yanaşı təhsilin forma və məzmununda müəllim hazırlığının prinsiplərini və metolodoloji aspektlərini yenidən işləmək zərurəti vardır. Azərbaycanda mövcud kurrikulum sistemi bunu zəruri edir. Müəllim hazırlığında pedaqoqun psixoloji kompitentliyinin araşdırılması bu problemin  həllində əhəmiyyətli addımlardan biri ola bilər.
Firkimizcə, müəllim peşəsinə hazırlığın tədqiqi istiqamətləri genişləndirilməli, müasir müəllim peşəsinin  psixopedaqoji srtukturu, ona verilən tələblər, müəllim peşəsinin seçiminin psixopedaqoji amilləri, tələbələrin peşə şüurunun və müəllim peşəsinə hazırlığının motivləri, eləcə də müəllim peşəsinə yiyələnmədə özünüaktuallaşdırma amili kimi məsələlər araşdırılmalıdır. Bununla yanaşı tələbələrin müəllim peşəsini seçiminin əsas motivasiya istiqamətlərini müəyyən etmək, mövcud sistemdən çıxış edərək müəllim hazırlığında bu məsələləri nəzərə almaq zəruridir.

Açar sözlər: müəllim hazırlığı, perspektivlər, psixopedaqoji məsələlər




Baxış: 808