https://doi.org/10.36719/2789-6919/40/25-28

Arzu Babayeva

Gəncə Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

arzu.babayeva@gdu.edu.az

https://orcid.org/0000-0003-3134-9187

 

İngilis dili dərslərində nitq bacarıqlarının inkişafı üsulları

 

Xülasə

Tədris prosesində “xarici dil mədəniyyəti” anlayışı təlim məzmununun məcburi tərkib hissəsidir, buna görə də qeyri-linqvistik universitetlərin tələbələrinə ingilis dilini öyrədərkən tədris prosesinin əsas komponenti kommunikativ səriştə hesab olunur. Öyrənilən dilin ölkəsinin mədəniyyəti, onun quruluşu, sistemi, xüsusiyyətləri haqqında biliklər təkcə şəxsiyyətlərarası ünsiyyət vasitəsi kimi deyil, həm də bütövlükdə tələbə şəxsiyyətinin mənəvi dünyasını zənginləşdirmək üçün zəruridir. Məqalədə müxtəlif tapşırıqlar vasitəsilə nitq vərdişlərinin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikir ifadə edilir və əsaslandırılır, onların nitqin öyrədilməsində rolu vurğulanır.

Xarici dildə bilik yalnız müəyyən sayda lüğət vahidlərini bilməklə deyil, həm də sərbəst ünsiyyət üçün bu dilin strukturları ilə işləmək bacarığı ilə müəyyən edilir. Aydındır ki, hətta çox böyük lüğətlə belə bu sözlərin cümlədə təşkili mexanizmini mənimsəmədən danışmaq mümkün deyil. Xarici dillərdə hazırlıq səviyyəsinin dövlət standartında qeyd olunur ki, kommunikativ səriştənin formalaşması sosial-mədəni və regional biliklərlə ayrılmaz şəkildə bağlıdır. Sosial-mədəni fon haqqında məlumat olmadan kommunikativ səriştəni inkişaf etdirmək mümkün deyil.

Açar sözlər: kommunikativ bacarıq, xarici dil mədəniyyəti, dil tapşırıqları, qrammatik nitq bacarıqları, tələbələrin idrak sahəsi


Baxış: 149