https://doi.org/10.36719/2663-4619/109/90-97
Şəlalə Nəbiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Səməd Yusifov
Azərbaycan Dövlət Aqrar Universiteti
Təranə Əliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
İqtisadiyyata kredit qoyuluşlarının dinamikası:
iqtisadi artım və kredit resurslarından istifadə arasında əlaqə
Xülasə
İqtisadiyyatın davamlı artımını təmin etməklə onun dünya bazarlarından asılılığını azaltmaq, bütövlükdə qlobal iqtisadiyyat çərçivəsində daha səmərəli fəaliyyət göstərmək üçün zəruri tədbirlər həyata keçirmədən mümkün deyil. Yazılmış məqalədə kredit mühitinin formalaşması şərtlərinin və kredit resurslarının cəlbediciliyinin əsas aspektlərinin müəyyən edilməsi, kredit resurslarından istifadə səviyyəsinə təsir edən amillərin və onlar arasındakı əlaqənin, kredit resurslarından istifadənin səmərəliliyini xarakterizə edən göstəricilər əsasında əldə edilən nəticələrin qiymətləndirilməsi, kredit resurslarının cəlbediciliyi ilə bağlı mövcud vəziyyətin və ona təsir edən amillərin təhlili əsasında kredit resurslarının əldə edilməsi, kredit qoyuluşlarının sahələr üzrə dinamikası geniş şərh edilmişdir. Bank sektorunun maliyyə dayanıqlılığının və rəqabət qabiliyyətinin artırılması, resursların daha səmərəli istifadəsi haqqında məlumatlarda öz əksini tapır, kreditlərin əlçatanlığını təmin etmək hazırda iqtisadi siyasətdə də prioritet məsələlərindəndir.
Açar sözlər: iqtisadi sahələr, kredit qoyuluşları, regionların diferensiallaşması, real sektorları, rəqabət üstünlükləri, maliyyə-bank sektoru