Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/190-194

Gülxanım Əliyeva

Azərbaycan Tibb Universiteti

tibb üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-5358-6425

gospojasvetok@rambler.ru

Xəyal Abdullayev

Azərbaycan Tibb Universiteti

magistrant

https://orcid.org/0009-0009-4985-4924

axeyal9862@gmail.com

 

İş şəraitinin və psixoemosional amillərin əczaçılıq müəssisələrinin

işçilərinə təsiri

 

Xülasə

 

İş şəraiti və aptek işçilərinin psixoemosional vəziyyəti birbaşa onların peşə fəaliyyətinin effektivliyinə və xəstələrə xidmət keyfiyyətinə təsir göstərir. Fəvqəladə farmasevtik yardımın genişlənməsi onların məsuliyyətini artırmış, peşəkar tükənmə sindromu (PTS), fiziki yüklənmə və stressi gücləndirmişdir. Gigiyenik əmək şəraitinin pozulması, bədən mövqeyində uzun müddət qalmaq sağlamlıq problemlərinə səbəb olur. Buna görə də, apteklərdə optimal fiziki mühitin təşkil edilməsi, iş cədvəlini və psixoloji dəstək sistemini qurmaq çox vacibdir. Belə yanaşma farmasevtlərin rifahını gücləndirir, iş keyfiyyətini yaxşılaşdırır və əhalinin farmasevtik xidmətlərə etibarını artırır.

Açar sözlər: iş şəraiti, aptek işçiləri, igiyenik qaydalar, emosional mühit,  aptekdə tənzimləmə qaydaları


Baxış: 49