DOI: https://doi.org/10.36719/2789-6919/49/70-73
Tural Mehdiyev
Azərbaycan Dövlət İqtisad Universiteti
doktorant
https://orcid.org/0009-0006-5713-073X
t.v.mehdiyev@gmail.com
İşçi məmnunluğu və təşkilati performansın iqtisadi nəticələri
Xülasə
İşçi məmnunluğu və təşkilati performans arasındakı əlaqə müəssisələrin iqtisadi nəticələrinə birbaşa təsir göstərir. İşçilərin məmnunluğu onların motivasiyasını, məhsuldarlığını və sadiqlik səviyyəsini ar-tırır, nəticədə, təşkilatın ümumi performansı yüksəlir. Yüksək performans isə daha səmərəli resurs istifadəsi, xərclərin optimallaşdırılması və gəlirlərin artırılması kimi iqtisadi faydalarla nəticələnir. Əksinə, işçi məmnuniyyətinin aşağı olması əməkdaşların işdən ayrılma riskini artırır, məhsuldarlığın azalmasına və əlavə xərclərin yaranmasına səbəb olur. İşçi məmnunluğu və performansın ölçülməsi və idarə edilməsi strategiyaları müəssisələrə rəqabət üstünlüyü təmin edir, həmçinin, insan kapitalının inkişafına və davamlı iqtisadi artıma töhfə verir. Bu baxımdan, işçi məmnunluğunun qorunması və təşkilati performansın artırılması həm nəzəri, həm də praktik baxımdan mühüm əhəmiyyət kəsb edir.
Açar sözlər: işçi məmnunluğu, təşkilati performans, iqtisadi nəticələr, motivasiya, məhsuldarlıq, sadiqlik, insan kapitalı, resursların səmərəli istifadəsi, gəlirlərin artırılması, idarəetmə strategiyaları, təşkilati inkişaf, rəqabət üstünlüyü, davamlı artım, işçi motivasiyası