https://doi.org/10.36719/2706-6185/42/11-15
Qafqaz Abdurahmanov
Azərbaycan İlahiyyat İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
qafqazabdurrahmanov@ait.edu.az
https://orcid.org/0000-0003-3138-2796
İslam hüququ nöqteyi-nəzərindən genetik modifikasiya olunmuş
(GMO) orqanizmlər
Xülasə
Dünya əhalisinin sürətlə artması və ərzaq qıtlığı kimi problemlər dünya ölkələrini ərzaq təhlükəsizliyi haqqında tədbirlər görməyə təşviq edir. Müasir biotexnolojı metodlar vasitəsilə artıq genetik modifikasiya olunmuş məhsulların əldə edilməsi mümkündür. Bu texnologiya vasitəsilə əldə edilən genetik modifikasiya olunmuş orqanizmlər qida təhlükəsizliyi probleminin aradan qaldırılmasının həll yollarından biri olaraq təqdim edilmişdir. Buna rəğmən, dünya bazarına çıxarıldığı gündən etibarən genetik modifikasiya olunmuş məhsulların istehsal və istehlakı əxlaqi, tibbi və dini cəhətlərdən müzakirələrə səbəb olmuşdur. Heç şübhə yoxdur ki, genetik modifikasiya olunmuş məhsullar halallıq və haramlıq baxımından İslam hüquqşünaslarının da nəzər-diqqətini cəlb etmişdir. Bu məqalədə genetik modifikasiya olunmuş məhsullar və onların istehlakı İslam dini nöqteyi-nəzərindən müzakirə ediləcəkdir.
Açar sözlər: İslam hüququ, biotexnologiya, orqanizm, modifikasiya, qida