Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOIhttps://doi.org/10.36719/2789-6919/46/45-50

İradə Bağırova

Naxçıvan Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0001-9326-3322

iradebagirova@yahoo.com

 

Kadr potensialı iqtisadi inkişafın əsasıdır

 

Xülasə

 

İqtisadi inkişafla bağlı araşdırmalarda 1980-ci illərdən sonra diqqət daha çox ölkələrin sosial, mədəni və iqtisadi xüsusiyyətlərinə yönəldilib. Bu çərçivədə təxminən son 40 ilə qədər araşdırmalarda arxa planda qalan insan kapitalı anlayışı bu gün daha çox öyrənilməyə başlanılıb. Belə ki, klassik istehsal amilləri ilə yanaşı, əmək amilinin keyfiyyət aspekti kimi qiymətləndirilən insan kapitalı da ölkələrin inkişaf siyasətlərində öz yerini tutmuşdur. Ümumilikdə şəxsiyyətin bilik, bacarıq və qabiliyyətlərinin məcmusu kimi ifadə olunan insan kapitalının iqtisadi inkişafa təsiri bu gün daha da aktuallaşıb. İqtisadi inkişaf, iqtisadi artımla yanaşı, ölkədəki struktur inkişafları da özündə ehtiva edən bir anlayışdır.

İnsan kapitalı ölkələrdə struktur dəyişikliyi və transformasiyanı həyata keçirən ən mühüm amillərdən biridir. Bu səbəbdən də insan kapitalı ölkələrdə struktur dəyişikliyi və transformasiya ilə inkişafı reallaşdıracaq ən mühüm amil kimi görülür. Bu araşdırmada bu gün davamlı iqtisadi həyatda qalmanın ən mühüm təyinedicisinə çevrilmiş insan kapitalının iqtisadi inkişafda oynadığı rol üzə çıxarılmağa çalışılacaqdır. Bu çərçivədə təhsil, səhiyyə kimi keyfiyyət elementləri ilə iqtisadi inkişafda insan kapitalının əhəmiyyətindən danışılacaqdır.

Açar sözlər: iqtisadi inkişaf, insan kapitalı, texnoloji inkişaf, səhiyyə və təhsil, informasiya cəmiyyəti


Baxış: 27